Azərbaycana COVID-19-a qarşı mübarizə üçün kredit ayrıldı
Asiya İnkişaf Bankı (ADB) koronavirus pandemiyasının tibbi, sosial, iqtisadi fəsadlarını yumşaltmağa dair Azərbaycan hökumətinin əhatəli planını həyata keçirməsinə kömək məqsədilə 250 milyon ABŞ dolları məbləğində kredit ayırıb.
ADB-nin Baş direktoru Masatsuqu Asakava bununla bağlı bildirib:
"COVID-19 pandemiyasının davam edən fəsadları Azəraycanın iqtisadiyyatını təkmiləşdirmək, yoxsulluğu azaltmaq istiqamətində qazandığı mühüm uğurları yox etmək təhlükəsini yaradır. ADB Azərbaycanı dəstəkləməyə sadiq qalır və bu proqram da hökumətin pandemiyaya cavab tədbirlərini davam etməyə, kasıb və həssas təbəqələri qorumağa, iqtisadiyyatın dirçəlməsinə zəmin yaratmağa kömək olacaq".
ADB-nin Koronavirus Yardım, Dəstək, İqtisadi Təhlükəsizlik (CARES) proqramı hökumətin səhiyyə, sosial müdafiə, makroiqtisadi sabitlik sahəsindəki tədbirlərinə maliyyə dəstəyini təmin edəcək. Proqram çərçivəsində qadınlara dəstək tədbirləri mühüm yer tutur. Belə ki, qadın səhiyyə işçiləri üçün uyğun ölçüdə fərdi qoruma vasitələrinin təmini, icbari tibbi sığortanın, yaşa görə təqaüdlərin, ünvanlı sosial yardımın, aztəminatlı ailələr üçün faizsiz təhsil kreditlərinin, məcburi köçkünlər üçün kommunal xidmətlərlə bağlı müavinətlərin qadınlara şamil olunması və s. nəzərdə tutulur.
Bununla yanaşı, dövlət maliyyə vəsaitlərinin idarəetməsi sahəsində aparılan islahatları dəstəkləmək üçün ADB tərəfindən 250 min dollar texniki yardım ayrılacaq.
///Report

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar