Azərbaycana kolbasa Rusiyadan 4, Almaniyadan 7 manata idxal edilib
2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 5 milyon 435 min dollar dəyərində 1926 ton ətdən və əlavə ət məhsullarından hazırlanan kolbasalar idxal edilib.
KONKRET.az xəbər verir ki, "APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici həcmi baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 23% və ya 360 ton, məbləğ baxımından isə 19% və ya 864 min dollar çoxdur. 2022-ci ilin ilk 4 ayında Azərbaycana 4 milyon 570 min dollar dəyərində 1566 ton ətdən və əlavə ət məhsullarından hazırlanan kolbasalar idxal edilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycana kolbasa əsasən Rusiyadan (1592 ton), Belarusdan (105 ton), Almaniyadan (99,3 ton) və Türkiyədən( 83.3 ton) gətirilib.
Əlavə edək ki, bu dövrdə Rusiyadan gətirilən kolbasanın hər kiloqramının orta idxal qiyməti 4.1, Belarusdan gətirilən 8.16, Almaniyadan gətirilən 7, Türkiyədən gətirilən isə 7.4 manata bərabər olub.
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi