Azərbaycana önəmli olan AŞPA-nın qərəzli mövqeyi deyil, milli maraqlardır

Azərbaycana önəmli olan AŞPA-nın qərəzli mövqeyi deyil, milli maraqlardırAzərbaycan Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi qeyri-ciddi və qərəzli təşkilatla əməkdaşlığı davam etdirə bilməzdi. Bizim üçün vacib olan milli maraqlarımızdır. Azərbaycan müstəqil, suveren, demokratik və multikultural dövlət kimi dünyada nüfuz sahibinə çevrilib. AŞPA ilə əməkdaşlığın dayandırılması və qurumun Azərbaycana qarşı qərəzli ittihamları ölkəmizin imicinə təsir etməyib, bundan sonra da edə bilməz.
AŞPA-nın ölkəmizə qarşı sərgilədiyi "ikili standart"la əlaqədar bildirilir ki, bu təsisat qarşısına qoyduğu hədəflərdən tam kənara çıxmış, ayrı-ayrı fərdlərin təsiri altında qərəzli davranışlarına davam edir. Azərbaycan bu təsisata üzv olan gündən dəfələrlə Ermənistanın təcavüz siyasəti ilə əlaqədar addımların atılmasını tələb etməsinə baxmayaraq, məhz Assambleya işğal faktorunun onların predmeti olmadığını qeyd edib, yalnız ara-sıra bir neçə bəyanat verməklə kifayətlənib.
Məhz AŞPA-nın bu siyasətinin arxasında Fransa və erməni lobbiçilərinin ayırdığı qrantlar və maliyyələrdən bəhrələnin "siyasətçi"lər dayanır. Fransa öz xarici siyasətində ardıcıl buraxdığı nöqsanlar hesabına bu gün dünyada özünü "mat" vəziyyətinə salmış və rəsmi Paris anlayır ki, Azərbaycan dünyaya bu ölkənin yüzillərdi həyata keçirdiyi kolonist siyasətini göstərmişdir.
Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib.
Bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib.
Son vaxtlar Qərb təsisatlarının Azərbaycana qarşı riyakar siyasi, diplomatik hücumları xüsusilə intensivləşib. Bunu Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının başladığı ilk gündən heç bir hüquqi əsasa söykənməyən, sırf ölkəmizə olan qərəzindən doğan hikkə ilə Azərbaycanın səsini dondurmaq kimi çirkin təşəbbüsündən də görmək olar. 
Eləcə də Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borelin yanvarın 22-də Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları da aydın şəkildə ortaya qoyur ki, islamofob, türkofob siyasət yürüdən Fransa kimi ölkələr, eləcə də Aİ, Avropa Parlamenti, AŞPA və digər qurumlar Azərbaycanı hədəf alan kampaniyalar aparır, böhtan xarakterli bəyanatlar səsləndirir, qərəzli qətnamələr qəbul edir, sanksiyalarla hədələyirlər. 
Qərəzli Qərb "siyasətçi"lərinin yuxularına haram qatan, gecə-gündüzlərini dar edən, qıcıqlandıran, qəzəbləndirən, hikkələndirən, özlərindən çıxaran mətləb və məqamlar, əlbəttə ki, çoxdur, amma onları, sözün əsl mənasında, yandırıb-yaxan Azərbaycanın torpaqlarını işğaldan qurtarması, suverenliyini tam təmin etməsidir. Fevralın 7-də Xankəndidə də seçki keçirərək "Qarabağ Azərbaycandır" həqiqətini bütün dünyaya bir daha bəyan edəcəyimiz isə qərəzli Qərb ölkə və təşkilatlarına əsl gözdağıdır.
Naftalan şəhər sakini Tamara Həsənova / azxeber.com

Siyasi       Tarix: 25 yanvar 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bugun 2026 cəbhədən ən son xəbər xeberler qarabag