Azərbaycana turist kimi gələnlər işçi qüvvəsinə çevrilərək yerli əhalini işsizləşdirir? - AÇIQLAMA + FOTO

Azərbaycana turist kimi gələnlər işçi qüvvəsinə çevrilərək yerli əhalini işsizləşdirir? - AÇIQLAMA + FOTOAzərbaycana turist kimi gələnlər işçi qüvvəsinə çevrilərək yerli əhalini işsizləşdirir? - AÇIQLAMA + FOTO
Sentyabr ayında Azərbaycana gələn əcnəbilərin sayı 158 803 nəfər təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 108 faiz və ya 86 115 nəfər çoxdur. Belə ki, keçən il ölkəyə sentyabr ayında 72 688 nəfər turist səfər edib. Ümumilikdə isə cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 1 162 949 əcnəbi gəlib. Bu isə 2021-ci illə müqayisədə 126 faiz və ya 647 669 nəfər çoxdur. Ən çox turistin gəldiyi ölkələr isə Rusiya (46 162), Türkiyə (29 506), İran (16 717), Hindistan (8626), Gürcüstan (8009), Səudiyyə Ərəbistanı (7368) və Pakistandır (5432).
Yaşanan turist axınını Bakının mərkəzi küçələrdə gəzərkən də rahatlıqla müşahidə etmək mümkündür. Onların sayının artması isə bir tərəfdən ölkədə turizmin inkişafına təkan verirsə, digər tərəfdən kirayə mənzil bazarında bahalaşma ilə müşayiət edilir. O səbəbdəndir ki, artıq "28 May", "Sahil" metro stansiyaları yaxınlığında normal təmirli, 2-3 otaqlı evləri 1000 manatdan aşağı qiymətə tapmaq müşkül məsələdir. Lakin son vaxtlar əcnəbi sayının artmasının ölkədə yerli vətəndaşların işsizlik faizinin artmasına təsir etdiyinə dair də iddialar var. 
Maraqlıdır, hazırda Azərbaycanda nə qədər əcnəbi işçi var?
Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov Oxu.Az-a açıqlamasında bildirib ki, cari ildə Dövlət Miqrasiya Xidməti tərəfindən iş icazəsi alan və iqtisadiyyatın müxtəlif sahələrində çalışan əcnəbilərin 1 oktyabr tarixinə olan sayı 7064 nəfərdir.
Azərbaycana turist kimi gələnlər işçi qüvvəsinə çevrilərək yerli əhalini işsizləşdirir? - AÇIQLAMA + FOTOBəs görəsən, doğrudamı bu şəxslər ölkədə işsizlik faizinin artmasına təkan verir? 
Məsələ ilə bağlı Oxu.Az-a danışan iqtisadçı-ekspert Elçin Süleymanov qeyd edib ki, Azərbaycanda əcnəbilərin işə qəbul edilməsi qanun çərçivəsindədir:
Azərbaycana turist kimi gələnlər işçi qüvvəsinə çevrilərək yerli əhalini işsizləşdirir? - AÇIQLAMA + FOTO"Onlar Dövlət Miqrasiya Xidmətindən müvafiq iş icazəsi almalıdır. Hər il əcnəbilərin Azərbaycanda işləməsi üçün kvota müəyyənləşir. Bu, təxminən 5-6 min nəfər civarındadır. Məsələn, 2022-ci ildə beş minə yaxın əcnəbiyə Azərbaycanda işləmə icazəsi verilib. Təbii ki, onlara işləmə icazəsi verilərkən müəyyən nüanslara baxılır, onun ixtisasının, həqiqətən də strateji əhəmiyyətli olub-olmaması, Azərbaycanda tapılıb-tapılmaması nəzərə alınır.  Bir başqa nüans isə dillə bağlıdır. Amma həmin əcnəbilərin sayı yerli işçilərin sayını keçməməlidir. Bu məsələ qanunvericilikdə kifayət qədər ciddi tənzimlənib. Qeydiyyat olmadan əcnəbilər çalışdırıldıqda ciddi cərimələr nəzərdə tutulur".
Ekspert hesab edir ki, 5-6 min əcnəbi işçi Azərbaycanın əmək bazarında işsizliyə ciddi təsir göstərmir:
"5-6 min nəfərin 20-30 faizi yüksək ixtisas sahibi olanlardır. Bir hissəsi isə fəhlə və fiziki işlə məşğul olan şəxslərdir. Xüsusilə ali təhsil müəssisələrində əcnəbilərin çalışması müsbət nüans ola bilər. Düşünürəm ki, 15-20 faiz professor-müəllim heyətinin əcnəbilərdən ibarət olması universitetlər üçün beynəlxalq reytinqlərdə faydalı olar. Digər şirkətlərdə əcnəbilərin çalışması isə iş bacarığının inkişafı, korporativ mədəniyyətin formalaşmasına müsbət fayda verir. Bizim qonşu ölkələrdə, xüsusilə Türkiyədə yaşanan miqrant problemimiz yaşanmır. Çünki əcnəbilərin qeydiyyat prosesi şəffafdır. İkincisi, onların işə düzəlməsi tamamilə qanunidir. Ona görə də yerli işçilərin əcnəbilərə görə işsiz qalması halları çox azdır. Azərbaycan üçün miqrant təhdidi gözlənilmir. Sayları əmək bazarına təsir edəcək dərəcədə çox deyil. Həmçinin, Azərbaycan əcnəbilər üçün çox cəlbedici bir ölkə deyil. Azərbaycan qanunvericiliyinin sərtliyi qanunsuz miqrantların ölkədə yaşamasına çox da imkan vermir. Dolayısıyla şirkətlərin qanunsuz əcnəbi çalışdırma faktları çox azdır".
Sayad Həsənli

Turizm       Tarix: 18 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL. Rusiyanın "Ural Hava Yolları" şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy


azerbaycan xeberleri son xeberler yeni xeberler sosial yardim son xəbərlər bugün 2026 cəbhədən son xəbərlər valyuta mezennesi 2026