Azərbaycançılıq ideologiyasının təbliğinə övlad dünyaya gəldiyi andan başlamalıyıq

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyası təkcə ölkəmizdə yaşayan azərbaycanlıların deyil, bütün dünya azərbaycanlılarını bir yerdə cəmləşdirən bir ideologiyadır. Bu ideologiya tarix boyu çətin dövrlərdən keçsə də, xalqımızın inamı, ideologiyasına verdiyi dəyər, etimad sayəsində bütün çətinlikləri dəf edərək bu günə qədər gəlmişdir. İdeologiya dedikdə biz siyasi və ya sosial təlim, hökumətin, sosial sinfin davranışlarına istiqamət verən düşüncələr toplusunu anlayırıq. Bu düşüncələr toplusunun hər bir hissəsi, məsələn, elmi, fəlsəfi, dini, əxlaqi və s. azərbaycançılıq ideologiyasında cəmlənmişdir. Heydər Əliyevin zamanı dediyi "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri hər bir Azərbaycan vətəndaşı üçün yol xəritəsinə çevrilib. 44 günlük Vətən Müharibəsi də bu ideologiyanın təntənəsi oldu. Azərbaycanda və xaricdə yaşayan minlərlə gənc könüllü olaraq Ordu sıralarına yazıldı.
Tarixə nəzər salsaq Azərbaycanın öz müstəqilliyini bərpa etməsi bu ideologiyanın ən vacib amillərindən birini yerinə yetirmək demək idi. Çünki müstəqillik hər bir ölkənin, xalqın varlığı üçün önəmli prioritetlərdən başlıcasıdır. Düzdür, həmin dönəm də bizim üçün asan olmayıb. Yaxın keçmişə nəzər salsaq, görərik ki, XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyini elan etmişdir. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay sürmüşdür. 1991-ci ildə yenidən müstəqilliyini əldə edən Azərbaycanda onun qorunub saxlanılması heç də asan olmamışdır. Regionda baş verən siyasi proseslər, deyə bilərik ki, ən çox Azərbaycana təsir etmişdir. Torpaqlarının mənfur düşmən tərəfindən işğalı Azərbaycanı 30 ilə yaxın bir müddətdə yaralı qoyub. Bu yara azərbaycançılıq ideologiyası altında birləşən hər bir azərbaycanlının yarası idi. Ancaq Müzəffər Ali Baş Komandan və Qəhrəman Ordumuzun sayəsində bu yaranı da sağalda bildik və tarixə qalib ölkə kimi düşdük. 
Prezident İlham Əliyev də öz çıxışında söyləmişdi: "Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər".
30 ildən sonra müstəqil Azərbaycan müstəqilliyinin bərbası gününü bütöv şəkildə qeyd edir. Tarixin silinməz dönəmlərini yazan Azərbaycan artıq müstəqil olmaqla yanaşı, eyni zamanda bütün dünyada qalib kimi tanınan bir ölkədir. Bu qalibiyyəti əldə etmək üçün bizə lazım olan amillərdən biri də ideologiya ətrafında birləşmək idi ki, xalqımız da bunu ən yaxşı bacaranlardan oldu.
Milli Məclisin deputatı Ramil Həsən Azxeber.com-a açıqlamasında ideologiyamızın qorunub saxlanılması və təbliği ilə bağlı fikirlərini bölüşüb.
Deputat bildirib ki, biz bu ideologiyanın təbliğinə övlad dünyaya gəldiyi andan etibarən başlamalıyıq:
"Azərbaycançılıq ideologiyası çox önəmli bir ideoloji xəttdir. Bu, gələcəkdə bizi təmsil edəcək gənc nəslimizin hər bir fərdi üçün, eyni zamanda dövləti və milləti bir arada tutan, diri tutan, ölkənin gələcəyinin əmin əllərdə olmasını təminat altında alması üçün bir xəttdir. Qürur hissi ilə də qeyd etmək olar ki, Cənab Prezident İlham Əliyev bunu uğurla həyata keçirir. 
Azərbaycançılıq ideologiyasının təbliğinə övlad dünyaya gəldiyi andan başlamalıyıqBiz bu ideologiyanın təbliğinə övlad dünyaya gəldiyi andan etibarən başlamalıyıq. Birincisi, biz övladımızla öz ana dilimizlə danışmağa başladığımız andan etibarən artıq onda milli düşüncənin formalaşmasına kömək edirik. Ümumiyyətlə, dünya praktikasında da mütəxəssislərin rəyinə görə, hər bir uşağın beyninə informasiya hansı formada yüklənirsə, o, əsas bir baza olaraq uşaqda qalır. Yəni evin içindən başlayan milli ideologiya daha sonrakı mərhələlərlə də valideynlərin köməyi ilə və dövlətin yaratmış olduğu mövcud imkanlarla artıq evdən xaric – məktəbdə, təhsil müəssisələrində və həyatımızın müxtəlif sahələrində davam edir. Milli şüura sahib olan xətt formalaşır. Ona görə də, burada hər birimizin üzərinə böyük bir məsuliyyət düşür".
Ramil Həsən onu da qeyd edib ki, biz İkinci Qarabağ savaşında azərbaycançılıq ideologiyasının ən yüksək səviyyədə olduğunun şahidi olduq:
"Cənab Prezident bu xətti artıq yüksək səviyyədə açıqlayıb, aydın və rahat şəkildə insanların tam dərk edəcəyi şəkildə ortaya qoyub. Biz onsuz da Prezidentin başçılığı altında prosesi çox uğurlu şəkildə gətirmişik ki, İkinci Qarabağ savaşında artıq milli şüura, azərbaycançılıq ideologiyasına sahib, Vətənin nə olduğunu yüksək səviyyədə dərk edən, torpaq üçün canını fəda etməkdən böyük qürur, şərəf duyan bir nəsil yetişir. Bu nəsil də Prezidentin də qeyd etdiyi kimi, qısa müddət ərzində formalaşmayıb. Ona görə də, çəkilmiş bu əzab-əziyyət nəticəsidir ki, İkinci Qarabağ savaşında da hamımız şahid olduq ki, hər birimiz bir yumruq kimi birləşmişdik və əmr gözləyirdik. Hərə bir istiqamətdə ölkəsinin qalib gəlməsi üçün, haqlı zəfəri əldə etməsi üçün əlindən gələni etməyə, canından keçməyə hazır idi. İndi biz çalışmalıyıq ki, milli şüura, ideologiyaya sahib olan, yetişdirilmiş bu proses uğurlu şəkildə davam etsin və hər zaman ölkəmizin güclənməsinə, qüdrətlənməsinə böyük töhvələr versin". 
Milli mənəviyyat, dövlət, birlik, güc ətrafında cəmləşən xalqda bu elementlərin hər birini uşağından tutmuş, yaşlısına qədər görmək mümkündür. Çünki bizi birləşdirən ən əsas dəyər elə azərbaycançılıq ideologiyasıdır. Bunun nəticəsidir ki, xalqın hər bir nümayəndəsi öz dövləti, xalqı ilə qürur duyur. Hazırda altında birləşdiyimiz bu idelogiyanı qoruyub saxlamaq, gələcək illərdə, əsrlərdə də bu cür davam etməsini təmin etmək də bu gün bizim əlimizdədir. Ən böyük nemətlərimizdən biri olan bu ideologiyanı yaşatmaq xalqın hər bir nümayəndəsinin başlıca vəzifəsi və borcudur.
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Azərbaycançılıq ideyasının təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili - azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir" mövzusu üzrə dərc olunub.
Azərbaycançılıq ideologiyasının təbliğinə övlad dünyaya gəldiyi andan başlamalıyıq

Siyasi       Tarix: 31 avqust 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibə Qafarova Bob Bləkmənlə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 13-də Britaniya Parlamentinin üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələ

Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır

Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır, bütün Azərbaycan xalqı üçün bayramdır. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərin

Tehran Vaşinqtonun bu əməlini PİSLƏDİ

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsini (BCM) ləğv etmək və ya onun fəaliyyətini məhdudlaşdırmaq istiqamətindəki planlarını kəskin şəkildə qınayıb. xəbər verir ki, İran xaric

Türk bölgəsini ayağa qaldıran qadağa: Rusiya və türk ölkələri hərəkətə keçə bilər

Moldova Konstitusiya Məhkəməsi Qaqauziyanın seçkilər təşkil etmək və təhlükəsizlik qurumlarının yüksək vəzifəli rəhbərlərini təyin etmək səlahiyyətlərini ləğv edib. Məhkəmə Qaqauziyanın xüsusi hüquqi statusunu tənzimləyə

Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi

İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub. xəbər verir ki, görüşdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub

İlham Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və ölkədə rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagir

Pakistan və Qətər hərəkətə keçdi: ABŞ-la İranı

Pakistan ilə Qətər ABŞ və İranı danışıqlar masasına qaytarmaq üzərində işləyir. xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb. Xatırladaq ki, iyulun 8-nə keçən gecə ABŞ-ın İrana hücumları bərpa olunub. AB

Ankarada tarixi NATO sammiti: Türkiyənin rolu daha da artır

Ankarada NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə Alyansın 36-cı Zirvə Toplantısı keçirilir. İki gün davam edəcək sammitdə kollektiv müdafiənin gücləndirilməsi, müdafiə xərclərinin artırılması, Ukraynay

Knesset həmin layihə üzrə səsverməni dayandırdı

İsrail parlamenti (Knesset) qondarma "erməni soyqırımı"nın tanınmasına dair səsverməni dayandırıb. xəbər verir ki, bu haqda JNS öz mənbələrinə istinadən xəbər yayıb. Bildirilib ki, Nazirlər Kabineti bu təşəbbüs


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeber 2026 beynelxalq bank mezenne az xeber krimnal xeber