Azərbaycanda 16 yaşlı qız hamilə qaldı: Araşdırma başladı

Azərbaycanda 16 yaşlı qız hamilə qaldı: Araşdırma başladıAzərbaycanda 16 yaşlı qız 6 aylıq hamilədir.
azxeber.com xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, yetkinlik yaşına çatmayan qız artıq iki dəfə ailənin razılığı olmadan evdən çıxıb gedib:
"Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Qızın xalası da bu barədə məlumat verib. İlkin məlumatlarımıza görə, qız Gəncədən olan bir oğlanla münasibət qurub və qoşulub gedib. Lakin oğlan tərəfindən şiddətə məruz qaldığı üçün Bakıya xalasının yanına qayıdıb. Hazırda da qız xalasının yanındadır. Təxmini hamiləliyin 6-cı ayındadır. Məsələ ilə bağlı Suraxanı Rayon Polis İdarəsinə də məlumat verilib. Qızın qeydiyyat məsələsi həll olunmalıdır, hazırda ailəsindədir. Sənədləşmə işləri həll olunduqdan, həkim nəzarətinə götürüldükdən sonra onu sığınacağa qəbul edəcəyəm".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 6 aylıq hamilə qalan 16 yaşlı qız barəsində yayılan məlumatlara aydınlıq gətirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu cavab olaraq bildirilib ki, qız artıq doğumla bağlı Suraxanı rayonunda qeydiyyata düşüb:
"Sözügedən hadisə ilə bağlı Komitəyə məlumat daxil olub. Araşdırma başladılıb. Qız hazırda Bakıda xalasının yanındadır. Suraxanı rayonunda doğumla bağlı qeydiyyata alınıb. Qızın qoşulub qaçdığı oğlanla bağlı Gəncə Şəhər Polis İdarəsində araşdırma başladılıb. Eyni zamanda məsələ ilə bağlı Suraxanı Rayon Polis İdarəsində də araşdırma aparılır. Bizdə olan məlumata görə, qız ilk dəfə 15 yaşında özündən 5 yaş böyük oğlana qoşulub qaçıb. Şiddətə məruz qaldıqdan sonra qaçıb sığınacağa müraciət edib. Sığınacaqdan da xalası ilə əlaqə saxlanılıb. Komitə tərəfindən qıza zəruri olan psixoloji yardımlar, hüquqi prosedurlar aparılır. Daha da dəhşətlisi odur ki, qız təhsildən yayınıb. Komitə tərəfindən qızın fərdi təhsilə cəlb olunması istiqamətində işlər aparılır".

Sosial       Tarix: 29 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind


yeni xeberler son xeberler azerbaycan xeberleri bugünkü son xəbərlər bugünki xəbərlər ən son xəbərlər sonxeber