Azərbaycanda 27 yaşlı gəlin kirvənin oğlu ilə cinsi əlaqədə oldu, anasını öldürdü - Şok təfərrüat

Azərbaycanda 27 yaşlı gəlin kirvənin oğlu ilə cinsi əlaqədə oldu, anasını öldürdü - Şok təfərrüatBərdə rayon sakini, 1995-ci il təvəllüdlü Leyla 1984-cü il təvəllüdlü həmkəndlisi Sevili (adlar şərti verilib - red.) güllələyərək öldürüb.
azxeber.com Teleqraf.com-a istinadən bildirir ki, hadisə Bərdə rayonunda 2020-ci ilin noyabrın 10-da baş verib.
İstintaq orqanı tərəfindən Leylanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Leyla ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2012-ci ildə xalası oğlu Rasimlə ailə qurub və həmin nikahdan Səid adlı övladı dünyaya gəlib:
"Rasimlə öz razılığım əsasında könüllü şəkildə qaçmışam. Sonra onunla rəsmi şəkildə nikaha daxil olmuşam. Təxminən iki-üç il əvvəl ərim içkiyə qurşandığından və tez-tez qumar oynadığından münasibətlərimiz pisləşdi. Bu səbəbdən ərimdən boşanmaq qərarına gəldim".
"Atam məni tanımadığm şəxsə ərə vermək istədi"
Təqsirləndirilən şəxsin sözlərinə görə, ərindən boşanması üçün Bərdə rayon məhkəməsinə müraciət edib:
"Ərimdən boşandıqdan sonra Bakıda Sabunçu rayonu ərazisində yerləşən evdə atam-anamla birlikdə yaşamağa başladıq. Hadisədən təxminən doqquz ay əvvəl atam məni öz razılığım olmadan zorla tanımadığım, avtomobil təmiri ilə məşğul olmasını bildiyim bir nəfərlə evləndirmək istədi. Ancaq bu münasibətə razı olmadığıma görə valideynlərimə xəbər vermədən Bərdə rayonunda yaşayan əmim oğlu Elmarla əlaqə saxladım. Ona Bərdəyə gəlmək istədiyimi dedim. Elmar məni Bakı şəhərində yerləşən Beynəlxalq Avtovağzalda tanımadığım avtobus sürücüsü ilə əlaqələndirdi, Bərdə rayonuna gəlməyimi təmin etdi".
Leyla qeyd edib ki, o, Bərdəyə gələndə azyaşlı oğlu Bakı şəhərində qalıb: "Yol pulum olmadığından Bərdə rayonuna Elmarın vasitəçiliyi ilə gəldim, əmim oğlu məni avtomobili ilə qarşılayaraq evə apardı. Əmim Adil mobil telefon vasitəsilə atama zəng etdi, mənim artıq öz evlərində olduğumu və narahat olmamalarını bildirdi".
"Atamın sözünə əməl etdim"
Leyla bildirib ki, təxminən bir aydan az müddətdə əmisi və əmisinin ailəsi ilə birlikdə yaşayıb:
"Günlərin birində atam kirvə kimi qohum olduğumuz Sadiqə zəng edərək, məni əmimin evindən aparmasını xahiş etdi. Ancaq mən özüm Sadiqin yaşadığı evdə qalmaq istəmədim. Buna səbəb özümü əmimin evində daha rahat hiss etməyim idi.
Bununla belə atamın sözünə əməl edərək Sadiqin ailəsi ilə birlikdə yaşadığı evə köçdüm. Hadisə baş verən günədək həmin evdə qaldım".
"Heç bir düşmənçiliyim olmayıb"
Leylanın sözlərinə görə, Sadiqin ailəsi özündən, arvadı Sevildən və oğlanları - Rafiq və Sahibdən ibarət olub: "Həmin vaxtdan etibarən Sadiqin ailəsində oğlumla birlikdə yaşamağa başladım.
Sadiqin evində qaldığım təxminən doqquz aylıq müddət ərzində nə Sadiqin özü, nə də ailə üzvləri ilə aramda heç bir düşmənçilik olmayıb. Daim Sadiqin özünə və ailə üzvlərinə hörmətlə yanaşmışam. Həmin evdə özümü onların ailə üzvü kimi hiss etmişəm".
"Verdiyi sözə əməl etmədi"
Leyla qeyd edib ki, təxminən hadisədən beş ay əvvəl Sadiq və Sevil evdə olmayan vaxt Sahib onunla istəmədiyi halda yaxın münasibətdə olub: "Sonradan bu hal 2-3 dəfə təkrarlandı. Bu barədə Sahibin valideynlərinə danışmaq istəsəm də, Sahib mənə mane olaraq bu barədə valideynlərinə heç bir söz deməməyimi istədi, valideynləri ilə özünün danışacağını söylədi.
Amma Sahib verdiyi vədə əməl etmədi, mənimlə cinsi əlaqədə olması ilə bağlı valideynlərinə heç bir söz demədi".
"Mənim şər atdığımı söylədi"
Leyla deyib ki, Sahib müharibə ilə bağlı səfərbərliyə yollandıqdan sonra bir neçə dəfə onunla yaxın münasibətdə olması barədə həm özünün, həm də Sahibin valideynləri ilə danışmaq qərarına gəlib:
"Nəhayət, təxminən hadisədən 3-4 gün əvvəl bu barədə Sahibin anası Sevilə məlumat verdim. Həmin vaxt bizim yanımızda müharibə ilə əlaqədar Sadiqin evində müvəqqəti yaşayan Jalə adlı qız, Jalənin Rəfiqə adlı, "Çömü" deyə çağırdıqları bacısı və Sevilin adını xatırlamadığım bibisi də olub.
Bu barədə ilk dəfə Sevilə məlumat verəndə mənə belə bir şeyin mümkün olmayacağını, mənim Sahibə şər atdığımı söylədi. Adlarını çəkdiyim qadınlar getdikdən sonra Sevil istifadəsində olan mobil telefon vasitəsilə məni Sahiblə danışdırdı.
Telefon danışığı zamanı Sevil oğlundan mənimlə arasında hər hansı cinsi əlaqənin olub-olmadığını soruşdu. Sahib yalandan and içməklə anasına aramızda heç bir münasibətin yaşanmadığını və mənim yalan danışdığımı dedi".
"Namusumu qoruduğumu dedim"
Leyla qeyd edib ki, həmin gün Sadiq Zərdab rayonundan yaşadığı evə qayıdan zaman Sevil məsələni ona danışıb: "Sadiq isə mənim sözlərimə inanaraq Sahibin böyük səhv etdiyini, bu məsələni atamdan heç cür gizlədə bilməyəcəyini bildirdi və atamla danışacağını söylədi.
Hadisə günü gecə saatlarında Sevil mənim pozğun, əxlaqsız olduğumu, məni də, atamı da biabır edəcəyini dedi. Hətta o, atamı mənə düzgün tərbiyə vermədiyinə görə təhqir etdi. Mən isə Sevilə həmişə öz namusumu qoruduğumu dedim".
Leylanın ifadəsinə görə, Sahib öz evində yaşayan bir qadınla cinsi əlaqədə olmaqdan utanmayan bir adam olub: "Sevil isə mənim pozğun qadın olmağımı hamıya deyəcəyini, atamın qeyrəti varsa, həm mənim, həm də özünün başına bir güllə vuraraq hər ikimizi öldürməli olduğunu söylədi.
Həmin vaxt yanımızda başqa heç kim olmayıb. Sonra mübahisəmiz bitdi və yatmağa getdik".
"Qardaşı tüfəngi mənə tuşlayıb tələb etdi ki..."
Leyla bildirib ki, noyabrın 10-da səhər saatlarında onunla Rafiqlə arasında da münaqişə yaranıb: "Həmin vaxt Rafiq atası Sadiqin təklüləli ov tüfəngini götürdü, içərisinə patronu daxil edərək mənə tərəf tuşladı. O, qardaşı Sahibin mənimlə cinsi əlaqədə olması ilə bağlı ittihamlardan imtina etməyimi tələb etdi. Təhqir və mübahisə səsinə Sevil otağa daxil oldu, mübahisəyə müdaxilə etdi.
Həmin vaxt Rafiqin əlində olan tüfəngin lüləsindən yapışdım və tüfəngi Rafiqin əlindən almaq istəyərkən atəş açıldı. Ehtiyatsızlıqdan açılan atəş Sevili ağır yaraladı. Sevil hadisə yerində vəfat etdi".Təqsirləndirilən şəxs bildirib ki, hadisə zamanı qorxuya düşüb və evdən qaçıb: "Tanımadığım taksiyə əyləşərək əmimgilin yaşadığı evə getdim. Axşam saatlarında Bərdə rayon polis şöbəsinə gətirildim".
Leyla qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib: "Ehtiyatsızlıqdan baş verən hadisə həm mənim, həm də Rafiqin tərəfindən törədilib. Lakin Rafiqi məsuliyyətdən azad etmək məqsədilə Sadiq qohumlarından istifadə edərək istintaqın gedişinə təzyiqlər göstərib.
Bu səbəbdən polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığım üçün yalan ifadələr vermişəm və təzyiq altında əvvəlki ifadələrimə imza etmişəm".
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Leylanın müdafiəçisi apellyasiya şikayəti verib. Şikayətdə Leylanın qəsdən adam öldürməkdə günahsız olması, barəsində bəraət hökmünün çıxarılması istənilib.
Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Leylanın müdafiəçisi tərəfindən verilən şikayət təmin olunmayıb.

Sosial       Tarix: 14 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti


yeni xeberler son xeberler azerbaycan xeberleri son xabarlar xəbər az en son xeberler bu gun havanın temperaturu