Azərbaycanda "5-ci kolon" aktivləşdi - Xədicə İsmayıl yenə iş başındadır…

Azərbaycanda Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı başlanan hücum kampaniyası ölkə daxilində "5-ci kalon" tərəfindən də həyata keçirilir. "5-ci kalon"un əsas missiyası AŞPA-nın Azərbaycana qarşı ittihamlarını legitimləşdirmək, bunu ictimai rəyə qəbul etdirməkdir. Bu məqsədlə onlar Azərbaycana qarşı hücumu "insan haqları", "demokratiya" məsələlərinə bağlayır. Guya AŞPA-nın məqsədi rəsmi şəkildə elan etdikləri kimi, "Qarabağda erməni əhalisinin hüquqlarının" qorunması, Ermənistanın maraqlarının müdafiəsi yox, "insan haqları", "demokratiyadır".
"5-ci kalon"un əsas siması rolunda Xədicə İsmayıl çıxış edir. Xədicə İsmayılın məşhur tərcümeyi-halı onun anti-Azərbaycan şəbəkəsinin ən aktiv üzvü olduğunu isbat edir. Lakin maraqlıdır ki, bu dəfə Xədicə İsmayıl "arxa planda" qalmağı seçərək, "5-ci kalon"un fəaliyyətini idarə etmək missiyasını həyata keçirir. Onun rəhbərlik etdiyi şəbəkə AŞPA-nın anti-Azərbaycan kampaniyasını "Toplum TV" platformasında davam etdirirlər.
"Toplum TV"-nin Avropada anti-Azərbaycan qüvvələrə bağlı olduğu sirr deyil. Onların maliyyə mənbəyi də bir müddət öncə ifşa edilən "Abzas.net"in sponsorlarıdır. Anti-Azərbaycan şəbəkəsi adətən birdən çox patforma yaradır ki, biri ifşa ediləndə öz planlarını digəri üzərindən həyata keçirsinlər. "Toplum TV"-də "Abzas.net"in işini davam etdirir və bu prosesə rəhbərlik edən də Xədicə İsmayıldır.
"5-ci kalon"un AŞPA-da başlanan və Avropada anti-Azərbaycan şəbəkəsinin geniş şəkildə apardığı kampaniyanı ölkə daxilində davam etdirməsi mexanizmləri maraqlıdır.
Birincisi, Azərbaycana qarşı ittihamları informasiya olaraq ictimai rəyə təqdim edilər. Misal üçün, "Toplum TV"-nin xəbər lentinə nəzər yetirdikdə başdan ayağa AŞPA-nın Azərbaycan haqqında iddiaları ilə bəzəndiyini görmək olar.
İkincisi, AŞPA-da təmsil olunan, yaxud anti-Azərbaycan şəbəkəsinin üzvlərinin ittiham dolu rəyləri tirajlanır. Bununla çirkli informasiya bumu yaradırlar.
Üçüncüsü, kampaniyanı sosial şəbəkələrdə daha açıq və aktiv şəkildə həyata keçirirlər. "Toplum TV"-nin sosial şəbəkə hesablarına nəzər yetirdikdə bunu görmək olur.
Misal üçün, "Toplum TV"-nin "youtube" kanalının şərh bölməsi başdan ayağa anti-Azərbaycan şəbəkəsinin iddialarının müdafiəsinə həsr olunub. Əslində bu, öncədən hazırlanır. 
Məlumatlara görə, Xədicə İsmayıl və onun şəbəkəsi sadə dillə desək, sosial şəbəkələrdə "trolluq" edərək, Azərbaycan əleyhinə fikirlərin daha çox önə çıxmasına çalışır.
Təbii ki, onlar bütün bunlara görə ödəniş əldə edirlər. "Toplum TV"-nin şübhəli maliyyə mənbələri də bunu deməyə əsas verir.
Göründüyü kimi, Azərbaycana qarşı Ermənistanın maraqlarının müdafiəsinə hesablanmış qarayaxma kampaniyasını ölkə daxilində icra edən "5-ci kalon" aktivləşib və bu şəbəkənin kimlərdən ibarət olduğu da ortadadır!
Vaqif Hüseynli
Demokrat.az / konkret.az

Siyasi       Tarix: 27 yanvar 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bugun 2026 cəbhədən ən son xəbər xeberler qarabag