Azərbaycanda 'Aİ-95' niyə yoxa çıxıb? - Qiymət artacaq, yoxsa ... - SƏBƏB

Azərbaycanda 'Aİ-95' niyə yoxa çıxıb? - Qiymət artacaq, yoxsa ... - SƏBƏBBir neçə gündür ki, "Aİ-95" premium markalı benzin bir sıra iri Yanacaqdoldurma Məntəqələrində (YDM) yoxdur. Benzin idxalının azalması iddialarının yer adığı məlumatlarda sözügedən markalı benzinin qiymətinin qalxacağı və qıtlığın bununla əlaqədar olduğu da qeyd edilir.
Bu cür məlumatların yayılması artıq bir çoxlarını narahat etməyə başlayıb. Bəs bu iddaların yayılmasına səbəb nədir? "Aİ-95" premium markalı benzinin qiyməti qalxa bilərmi?
Azərbaycanda 'Aİ-95' niyə yoxa çıxıb? - Qiymət artacaq, yoxsa ... - SƏBƏBMəsələ ilə bağlı azxeber.com-a iqtisadçı-ekspert Natiq Cəfərli fikirlərini bildirib. 
O, qeyd edib ki, "Aİ-95" premium markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir:
"Premium markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Tarif Şurasının tənzimlənmə siyahısından çoxdan çıxarılıb. Azərbaycanda bu markalı benzinin rəqabətli mühit şəraitində satılması niyyəti var idi. Amma təssüf ki, burada da ciddi problemlər oldu. Azərbaycanda bir çox şirkətlərin "Aİ-95" premium markalı benzin gətirib satması gözlənilirdi, belə bir ehtimal irəli sürüldü. Amma təəssüf ki, bu, baş vermədi.
Ekspert qeyd edib ki, sözügedən benzini ölkəyə cəmi bir şirkət gətirir: "Dövlət tərəfindən tənzimlənməsə də, cəmi bir şirkət-SOCAR-ın törəmə şirkəti "Aİ-95" markalı ölkəyə gətirə bilir. Qiyməti də o diqtə edir. Ona görə də qiymətin artıb-artmayacağı Tarif Şurasında yox, SOCAR-ın həmin törəmə şirkətindən asılı olacaq. Yəni, qiymətin aşağı və ya yuxarı olması, qalxıb-qalxmayacağı onların əlindədir". 
Hazırda "Aİ-95" premium markalı benzin qıtlığının yaşanmasına aydınlıq gətirən N.Cəfərli bunun logistik çətinliklərlə bağlı olduğunu vurğulayıb.
O, qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi də problemin səbəblərindəndir:
"Hazırda "Aİ-95" premium markalı benzinin çatışmazlığı məsələsinə gəldikdə isə, çox güman ki, bu, logistik çətinliklərlə bağlıdır. Rusiya-Ukrayna müharibəsi bir çox logistikanın, yəni marşurutların zədələnməsinə səbəb oldu. Əvvəl Qara dəniz vasitəsilə Rumıniyadan benzinin Gürcüstana, oradan da Azərbaycana nəql olunması ən rahat marşurut idi. "Aİ-95" markalı benzini ən çox aldığımız ölkə Rumıniyadır. İndi Qara dənizdə vəziyyətin gərgin olması, müharibənin davam etməsi logistik xətləri xeyli dərəcədə zəiflədib, xeyli problemlər yaradıb. Ona görə də çox güman ki, Azərbaycana "Aİ-95" markalı benzinin gətirilməməsi və ya təchizatda müəyyən problemlərin ortaya çıxması məhz logistik zəncirlərin qırılması, bununla da logistikanın problemə çevrilməsi ilə əlaqədardır". 
Qeyd edək ki, sonuncu dəfə ötən ilin sentyabrında Azərbaycanda AI-95 ("Premium") və AI-98 ("Super") benzinlərinin qiyməti 1,45 və 1,6 manatdan müvafiq olaraq 1,6 və 1,9 manata qalxıb.
2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana gətirilən benzinin əsas hissəsini "Aİ-95" premium markalı avtomobil benzini təşkil edib. Həmin  ilin yanvar-aprel aylarında Azərbaycana "Aİ-95"in əsas ixracatçısı Rusiya olub. Bu ölkədən Azərbaycana 26,145 milyon dollar dəyərində 39 021,12 ton premium benzin idxal edilib.
Azərbaycana ən çox premium markalı benzin göndərən ikinci ölkə isə Rumıniya olub. Belə ki, 2021-ci ilin ilk yarısında sözügedən ölkə Azərbaycana 18,180 milyon dollar dəyərində (30,905 mln. manat) 25 399,78 ton "Aİ-95" benzini ixrac edib.
Onu da qeyd ki, bu ilin yanvar ayında Baş nazir Əli Əsədovun imzaladığı sənədə görə, Azərbaycana idxal edilən "Aİ-92" və ya daha çox, həmçinin "Aİ-95"-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib.
Dəyişikliyə əsasən, qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15 %-dən 0 %-ə endirilib.
Aydın Nuri

İqtisadiyyat       Tarix: 31 may 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər meherremlik 2026 iqtisadiyyat xeberleri bugun novruz bayramı