Azərbaycanda ana övladına ağır cəza istədi - 'Tez çıxsa

Azərbaycanda ana övladına ağır cəza istədi - 'Tez çıxsaGəncə şəhərində 1975-ci il təvəllüdlü Məhərrəm 1935-ci il təvəllüdlü anası Gülənbərə xəsarət yetirib.
azxeber.com "teleqraf.com"-a istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən Məhərrəmin barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərərvurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Zaur Hünbətovun sədrliyi ilə araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Məhərrəm özünü Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi üzrə yox, Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilib.
Məhərrəm qeyd edib ki, anası Gülənbər və qardaşı Zakirlə birlikdə yaşayıb: "Son zamanlar anam və qardaşım yaşadığımız evdən mənə düşən mülkiyyət payından onların xeyrinə imtina etməyimi tələb ediblər. Mən də onlarla razılaşmırdım. Bu səbəbdən bir neçə dəfə mübahisələrimiz oldu. Onlarla münasibətim baş tutmadığı üçün evin ikinci mərtəbəsində tək yaşamışam. Anam və qardaşım isə evin birinci mərtəbəsində yaşayıblar".
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü spirtli içki qəbul edib və yaşadığı evdə olub:
"Həmin vaxt anam Gülənbər qardaşımı bir neçə dəfə çağırdı. Qardaşım cavab vermədiyi üçün əsəbləşib birinci mərtəbəyə düşdüm, qardaşıma irad bildirdim. Bunun üstündə aramızda mübahisə oldu, dava elədik. Qardaşım yerdən daş götürərək evin həyətində başıma vurdu, alın nahiyəmdən xəsarət aldım. Zakirin məni döymək istədiyini gördüm. Onun üzərinə getdim, yumruqla vurmaq istədim. Anam bizi aralamaq istəyəndə yumruğum onun üz nahiyəsindən dəydi. Yaşlı qadın olduğu üçün o, özünü saxlaya bilmədi və pilləkəndən yerə yıxıldı".
Məhərrəm deyib ki, bundan sonra qardaşı Zakir evdən gedib: "Mən yerə yıxılmış yaşlı anamı qucağıma götürdüm və evdə çarpayısına uzatdım. Özüm isə sərxoş vəziyyətdə olduğum və özümü yaxşı hiss etmədiyim üçün otağıma getdim, yatdım.
Bir saat sonra qardaşım Zakir məndən şikayət etdiyi üçün polis əməkdaşları gəldi, məni polis idarəsinə dəvət etdilər. Onlarla Nizami rayon Polis İdarəsinə getdim".
Məhərrəm ifadəsinin sonunda məhkəmədən himayəsində azyaşlı iki əkiz və iki yetkinlik yaşına çatmayan uşaqları olmasının nəzərə alınmasını istəyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Gülənbərin ifadəsinə görə, oğlanları ilə yaşayır: "Kiçik oğlum Məhərrəm son zamanlar tez-tez içki içir, evdə mənimlə mübahisə yaradırdı. Ona görə də digər oğlum Zakirlə birlikdə evin birinci mərtəbəsində, Məhərrəm isə tək 2-ci mərtəbədə yaşayıb.
Hadisə günü saat 15 radələrində Məhərrəm evin ikinci mərtəbəsində içki içdi. Mən isə evin birinci mərtəbəsində yatdım. Həmin vaxt böyük oğlum Zakir evdə deyildi. Məhərrəm sərxoş vəziyyətdə evin birinci mərtəbəsinə gələrək mənimlə mübahisə etməyə başladı. Ona içki içməyi irad tutdum. Məhərrəm daha da əsəbləşərək üzərimə gəldi, sinəmin üstünə çıxaraq sifətimə və bədənimin müxtəlif nahiyələrinə dayanmadan yumruqla vuraraq məni döydü".
Zərərçəkmiş şəxs qeyd edib ki, bundan sonra oğlu Zakir yaşadığı evə gəlib: "Üzümdə və bədənimin müxtəlif nahiyələrindəki xəsarətləri gördü. Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə və Nizami rayon Polis İdarəsinə bu barədə məlumat verdi. Polis İdarəsində araşdırma aparıldı, oğlum Məhərrəm barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi Nizami rayon məhkəməsinə göndərildi.
Nizami rayon məhkəməsinin hökmü ilə Məhərrəm Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olundu. Hökmdən narazı qaldığım üçün Gəncə Apellyasiya Məhkəməsinə vəsatət verdiM. Məhərrəmə daha ciddi cəza verilməsini xahiş etdim. Çünki Məhərrəm azadlığa çıxdıqdan sonra yenə də məni döyüb, xəsarət yetirəcəyindən qorxdum".
Gülənbər bildirib ki, Məhərrəm 2019-cu ildə onu döyüb və xəsarət yetirməsi ilə əlaqədar məhkəmədə işlərinə baxılarkən onu bağışlayıb: "Buna baxmayaraq o, əməllərindən əl çəkmədi. Məhərrəmin hərəkətlərindən artıq bezmişəm. Ona ən ağır cəza verilməsini istəyirəm".
Məhərrəm 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sosial       Tarix: 30 may 2022
f Paylaş

Oxşar xəbərlər

Pensiya artımı ilə bağlı mühüm xəbər

"Hazırda pensiyalar məbləğindən asılı olmayaraq eyni faizlə indeksləşdirilir. Orta aylıq əməkhaqqının artım tempi 8 faiz olarsa, bütün pensiyalar da eyni – 8 faiz səviyyəsində artırılır". xəbər verir ki, bunu "

Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA

"Hərbi xidmət müddətinin aşağı salınması məsələsi ilk növbədə silahlı birləşmələrlə razılaşdırılmalıdır, çünki hərbi bilikləri onlar öyrədir". xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmət

Ölümündən sonra təltif edilən polkovniklər

Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra təltif edilənlər arasında yüksəkrütbəli hərbi qulluqçular da var. xəbər verir ki, onlardan üçü polkovnik-leytenantdır. . Tibb xidməti polkovnik-leytenantı Abdullaye

Brent neftinin qiyməti 73,75 dollara düşdü

Dünya bazarında neft qiymətləri ucuzlaşmaqda davam edir. xəbər verir ki, Londonun ICE birjasında keçirilən ticarət əməliyyatları zamanı Brent markalı neftin 2026-cı ilin iyul fyuçersləri 2,01 faiz ucuzlaşıb. Hazırda bir bare

Pirşağıda dənizdə batan qadın müəllim imiş

Dünən saat 17 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində dənizdə batan qadın müəllim imiş. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dənizdə boğularaq ölən Zabrat qəsəbə sakini 1984-cü il təvəllüdlü Raisə Şükü

Kanalda batan 23 yaşlı gəncin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətində

Həkimlər səhər beyni oyatmağın sadə üsullarını açıqlayıblar

Günə enerjili başlamaq və yaddaşı gücləndirmək üçün beyni düzgün şəkildə "oyatmaq" vacibdir. Ufa Müharibə Veteranları Hospitalının həkimləri bunun üçün sadə, lakin faydalı üsullar tövsiyə ediblər. Mütəxəssisləri

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xalq şairi Nəriman Həsənzadə xroniki orqan çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinikaya qəbul edilib. xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Klinikadan məlumat verilib. Məlumata görə, Nəriman Həsənzadənin vəziyyəti ağı

Həkim dərman qəbulu üçün ideal saatları açıqladı

Dərmanların effektivliyi onların qəbul edildiyi günün vaxtından asılı olaraq dəyişə bilər. Bunun əsas səbəbi orqanizmdəki biokimyəvi prosesləri idarə edən sutkalıq ritmlərdir. Kimya elmləri namizədi, dosent Aleksey Pano


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xəbərlər son xeberler az en son xeberler son.xeber