Azərbaycanda ata qızlarına işgəncə verib, spirtli içki içməyə məcbur etdi
"Sığınacağa 3 qız uşağı qəbul etdik. Böyük qız digər bacılarının qoruyucusudur. Qızımız bildirir ki, atası bacılarına şiddət göstərdikdə hər zaman onları qorumağa çalışıb, lakin çox zaman bunu bacarmayıb.
Güc tədbiq edərək spirtli içki içməyə məcbur edildiklərini də ağlayaraq dilə gətirib. Bundan əlavə atalarının qapı tutacağını dəfələrlə çıxarıb, onları soyuq otaqda gecələməyə məcbur edib".
Bu sözləri "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova şəxsi "Facebook" hesabında yazıb.
azxeber.com xəbər verir ki, "oxu.az"ın əməkdaşı məsələni aydınlaşdırmaq üçün "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə danışıb.
M.Zeynalova qızların atasının zərərli vərdişlərin aludəçisi olduğunu deyib:
"Bu, ilkin məlumatdır. Uşaqların özləri psixoloqa deyiblər. Anaları da təsdiqləyib. Xanımın özünü də bu kimi işlərə vadar edirmiş. Səbəb ən zərərli vərdişlərə aludəçi olmasıdır".
Mehriban Zeynalova qeyd edib ki, qızlar anası ilə birlikdə sığınacağa yerləşdirilib:
"Zorakılıq olan yerdə nəyinsə qarşısını almaq çətin olur. Adam hər dəfə zorakılıq edib. Etiraz etdikcə daha da şiddətli hal alır. Təbii ki, qarşısını almağa cəhd göstəriblər, lakin alınmayıb. Bu səbəbdən övladları ilə birlikdə evi tərk edib. Hazırda övladları ilə birlikdə sığınacaqdadırlar. Yerli qurumlar məsələni araşdırmalıdırlar".

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO