Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda azyaşlıya qarşı bir neçə dəfə seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxs tutulub.
Publika.az-ın məlumatına görə, rayonun Xələc kənd sakini olan 1993-cü il təvəllüdlü Turan Yusifovun (şərti soyadlı) həmkəndlisinin oğluna qarşı seksual xarakterli hərəkətlər etməsi barədə hüquq-mühafizə orqanlarına müraciət daxil olub.
Bundan sonra onun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri-yetkinlik yaşına çatmayan şəxsə qarşı) maddəsi ilə cinayət işi açılıb.
Məlum olub ki, barəsində cinayət işi açılmış şəxs məsuliyyətdən yayınmaq üçün Türkiyəyə gedib. Ötən il isə Turanın Türkiyədən qayıtması və ailəsinin yaşadığı kənddə deyil, Babək rayonun Nehrəm kəndində tanışının fermasında fəhlə işlədiyi məlum olub. Hüquq-mühafizə orqanları tərəfindən dərhal əməliyyat həyata keçirilib və o, həbs edilib.
Barəsindəki cinayət işi Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə göndərilən Turan Yusifov məhkəmənin ötən həftə çıxardığı hökmlə 12 il müddətinə həbs cəzasına məhkum edilib. / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi