Azərbaycanda Bayraktardan bəhs edən uşaq kitabı çap edildi - FOTO

Bakıda Türkiyənin "Baykar Makina" şirkətinin texniki direktoru və "Bayraktar TB2" pilotsuz uçuş aparatının yaradıcısı Səlçuk Bayraktara həsr olunan "Bayraktar" kitabı nəşr edilib.
Azxeber.com xəbər verir ki, BAKU.WS kitabın müəllifi Məhəbbət Əsədovadan müsahibə götürərək onun fikirlərini öyrənib.
Nəşrdə Səlçuk Bayraktarın timsalında uşaqlara milli vətənpərvərlik ruhunun aşılanmasından bəhs edilir.
Azərbaycanda Bayraktardan bəhs edən uşaq kitabı çap edildi - FOTOMüəllif bu kitabı yazmaq fikrinin torpaqlarımızın işğaldan azad olunması münasibəti ilə 2020-ci ilin dekabrın 10-da təşkil təşkil edilən "Zəfər paradı" zamanı meydana gəldiyini bildirib. Belə ki, parad zamanı Əsədovanın oğlu Əli ona "Bayraktar" pilotsuz uçuş aparatları, o cümlədən onun yaradıcısı Səlçukla bağlı suallar verir.
Azərbaycanda Bayraktardan bəhs edən uşaq kitabı çap edildi - FOTOOğlunun ordumuzun erməni işğalçıları üzərində böyük qələbəsində əvəzsiz rolu olan bu pilotsuz uçuş aparatları və onu yaradıcısı haqqında heç bir məlumatı olmadığını görən müəllif Səlçuk Bayraktarın həyat hekayəsini oğlu Əlinin simasında bütün uşaqlara nümunəvi həyat yolu kimi göstərmək qərarına gəlir və bu kitabı qələmə alır.
Azərbaycanda Bayraktardan bəhs edən uşaq kitabı çap edildi - FOTOKitabın əsas süjet xətti uşaqlarda vətənə sevgi aşılamaq, digər iki istiqaməti isə Səlçukun ailəsinə və vətəninə bağlığı timsalında ailəyə və vətənə bağlı olmağın, dünya ölkələrinin müxtəlif universitetlərində aldığı ali təhsillə və gördüyü işlə isə özünə inamın təbliğinin nümayişidir. Kitabın yazılmasında isə məqsəd uşaqlarda motivasiya yaratmaqdır.
Azərbaycanda Bayraktardan bəhs edən uşaq kitabı çap edildi - FOTONəşrdə nə din, nə siyasət təbliğ olunmur. Türk dünyasının böyük qüruruna çevrilmiş bir şəxsin nümunəvi həyatından bəhs edilir. Ümumilikdə nəşrdə Səlçuk Bayraktarın mühəndis ailəsində anadan olduğu, lakin indi onun emalatxanadan dünyaya qapı açdığı qeyd edilib. Müəllif kitabın ərsəyə gəlməsi üçün Səlçuk Bayraktara aid müxtəlif video və görüntülərdən istifadə edib. Məhəbbət Əsədova bu kitabın uşaqlar üçün böyük motivasiya mənbəyi olacağını qeyd edib. Nəşr artıq iki gündür satışdadır.
Azərbaycanda Bayraktardan bəhs edən uşaq kitabı çap edildi - FOTO4-5 ay ərzində ərsəyə gələn nəşrin şəkillərində yüksək keyfiyyətli rənglərdən istifadə edilib. Nəşrin illüstratoru Ruhulla Həsənzadədir. Kitabda yer alan fotolarda müəllifin ailəsinə aid şəkillər də var. Nəşr "3 alma" TEAS Press Nəşriyyat Evində hazırlanıb.

Sosial       Tarix: 28 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa


yeni xeberler son xeberler azerbaycan xeberleri enson xeberler son xeberler bugun 2026 canli son xabar son xəbərlər bugün 2026