Azərbaycanda bələdiyyə sədri maskaya görə cərimələndi
Ağsu rayon Gəgəli kənd bələdiyyəsinin sədri Fariz Xəlilli cərimə olunub.
Azxeber.com-un "Report"a istinadən verdiyi xəbərinə görə, bu barədə sosial şəbəkələrdə F.Xəlillinin özü məlumat yayıb.
O bildirib ki, mayın 24-də Ağsu şəhərində yerləşən Heydər Əliyev parkının giriş hissəsində olarkən qoruyucu tibbi maskanı maşında unudub:
"Geri qayıdıb maşına doğru hərəkət edən zaman polis əməkdaşı məni yanına çağırdı. Polis özünü təqdim etdi və mənə qoruyucu tibbi maskanı taxmadığımı izah elədi".
Bələdiyyə sədri qeyd edib ki, daha sonra polis əməkdaşı onu Ağsu Rayon Polis Şöbəsinə aparıb: "Şöbədə İnzibati Xətalar Məcəlləsinin 211.2, 510 və 535.1 maddələri ilə protokol tərtib edildi. Ağsu Rayon Məhkəməsinin qərarı ilə bu maddələrlə təqsirli bilindim və 535.1 maddəsi ilə 200 manat məbləğində cərimələndim".
F.Xəlilli özünü təqsirli bilmədiyini söyləyib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR