Azərbaycanda bu avtomobillər ucuzlaşa bilər - AÇIQLAMA

Azərbaycanda bu avtomobillər ucuzlaşa bilər - AÇIQLAMAAzərbaycanda avtomobil istehsalında kəskin artım qeyd alınıb. Belə ki, rəsmi məlumata görə, ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ilin yanvar-sentyabr aylarında 562,3 milyon manatlıq məhsul istehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 53,4 faiz artıb. Cari ilin yanvar-sentyabr aylarında ölkədə 3623 ədəd minik avtomobili istehsal olunub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, minik avtomobil istehsalı 71,7 faiz (və ya 1513 ədəd) artıb. Xatırladaq ki, 2023-cü ildə ölkədə 2110 ədəd minik avtomobili istehsal olunub.
Ölkədə avtomobil istehsalında kəskin artımın qeydə alınması daxili bazarda qiymətlərə necə təsir göstərəcək?
Mövzu ilə bağlı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev Trend-ə açıqlamasında deyib ki, yerli istehsal aktual və vacib məsələdir.
O bildirib ki, yerli avtomobillər digərlərinə nisbətən qiymət baxımından istehlakçılara daha ucuz başa gəlir:
"Artıq, demək olar ki, taksi parkımız yenilənməkdədir. Buna yaşı 10 ildən yuxarı olan avtomobillərin ölkəyə idxalının qadağan edilməsi, utilizasiya prosesinə start verilməsi təsir göstərib. İndiki məqamda yerli istehsalın həcminin artması çox vacibdir".
Mütəxəssisin sözlərinə görə, istehsalda kəskin artım daxili bazarda müəyyən qisim avtomobilərin qiymətlərinə təsir göstərə bilər:
"Lakin ciddi qiymət fərqini müşahidə etməyəcəyik. Çünki yalnız daxili istehsal hesabına tələbi qarşılamaq qeyri-mümkündür. Azərbaycana Koreya, Yaponiya və xüsusən də Çindən avtomobillər idxal olunur. Yerli avtomobil istehsalında artım ikinci əl avtomobil bazarında yaşı 10 ilə qədər olan minik nəqliyyat vasitələrinə müəyyən mənada təsir göstərə bilər. Bunun digər avtomobillərə o dərəcədə də ciddi təsiri olmayacaq".
Qeyd edək ki, Azərbayanda ötən ilə nisbətən yük avtomobili istehsalında da artım qeydə alınıb. Belə ki, bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə 394 ədəd yük avtomobili istehsal olunub. 2023-cü ilin müvafiq dövründə isə bu göstərici 285 ədədə bərabər olub.
Beləliklə, ölkədə yük avtomobili istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,2 faiz (və ya 109 ədəd) artıb. Cari ilin yanvar-sentyabr ayları ərzində isə traktorların istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz azalıb. / azxeber.com

Sosial       Tarix: 03 noyabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbərlər.com axsam az xeberler hava proqnozu xeber saytlari