Azərbaycanda bu məhsul aybaay bahalaşır - VİDEO
Gündəlik tələbat məhsulları arasında əsas yer tutan qida məhsullarından biri də yağdır. Hazırda marketlərdə duru yağ əvvəlki qiymətlə müqayisədə xeyli fərqlə baha satılır. Vətəndaşlar deyir ki, qiymət artımı son günlər daha çox hiss olunur. Əvvəllər 5-10 qəpik bahalaşırdısa indi 2-3 manat qiymət artımı var.
azxeber.com xəbər verir ki, satıcılar da duru yağın qiymətinin 15-20 faiz bahalaşdığını təsdiq edib. Bahalaşmanın səbəbinin isə Rusiya və Ukrayna arasında baş verənlərlə əlaqələndiriblər.
Məsələ ilə əlaqədar iqtisadçı ekspert Eldəniz Əmirov "Xəzər Xəbər"ə bildirib ki, 2022-ci ildə gündəlik tələbat məhsullarının qiymətlərinin bahalaşması ehtimalı yüksək idi. Bitki yağları infilyasiyaya daha çox reaksiya verən ərzaq məhsullarıdır.
Ekspert onu da qeyd etdi ki, bu yağı bizə ixrac edən ölkələrə tətbiq edilmiş məhdudiyyətlər və istehsal zəncirində yaranmış fasilələr, duru yağın bizim mağazalarda da bahalaşmasını qaçılmaz edir. Bundan əlavə ölkəmizdə bu sahədə yerli rəqabət mühitinin olmaması da qiymət artımına təsir edən məqamlardan biridir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı