Azərbaycanda bu şəhər və rayonların icra başçısı yoxdur - SİYAHI
Hazırda Azərbaycanda 1 şəhərin və 3 rayonun icra başçısı vəzifəsi boşdur.
azxeber.com Unikal.az-a istinadən xəbər verir ki, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov vəzifəsindən azad edilib. Onun yerinə təyinat olmayıb.
Bundan başqa, Daşkəsən rayonu da hazırda icra başçısı olmayan rayonlardandır. Belə ki, rayona 12 il müddətdən çox rəhbərlik etmiş Əhəd Abıyev 17 iyul 2023-cü ildə vəzifəsindən azad edilib. Onun yerinə təyinat olmayıb.
Həmçinin Culfa rayonunun icra başçısı Siyam Çərkəz oğlu Hacıyev 31 avqust 2023-cü il tarixində işdən çıxarılıb və onun da yerinə təyinat aparılmayıb.
17 noyabr 2023-cü il tarixində isə Prezident İlham Əliyev Mirsənani Seyidovu Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Şəhər rəhbərinin yerinə hələ ki, təyinat olmayıb.
Xidmetler [newsid: 0-123300]

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
"Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs 'Trendyol'da