Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq
"Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı mövcud qaydaların təkmilləşdirilməsi istiqamətində yeni təkliflər irəli sürülüb. Hazırda qüvvədə olan sistemə görə, müəllim yalnız üç dəfə uğurlu nəticə əldə etdikdən sonra sertifikatlaşdırma imtahanından azad olunur".
azxeber.com baku.ws-ə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat təklif edib ki, iki dəfə uğur qazanan müəllimlər də bu imtahandan azad edilsin:
"Bu yanaşma həm müəllimlərin üzərindəki psixoloji yükü azalda, həm də onların vaxt və resurslarına qənaət edə bilər.
Digər mühüm məsələ isə sertifikatlaşdırmanın əməkhaqqına təsiri ilə bağlıdır. Mövcud qaydalara əsasən, imtahanda yüksək nəticə göstərən müəllimlərin maaşına əlavə olunur. Belə ki, 51 və daha çox bal toplayan müəllimlərin əməkhaqqı 35%, 30-50 bal arası nəticə göstərənlərin isə 10% artırılır.
Təklif edilən dəyişikliklərə görə, qiymətləndirmə daha ədalətli və beynəlxalq təcrübəyə uyğun şəkildə qurulmalıdır. Məsələn, 80% və daha yüksək nəticə göstərən müəllimlərin əməkhaqqının 35% artırılması məqsədəuyğun hesab olunur. Bu isə təxminən 48 və daha çox bal toplayan müəllimləri əhatə edə bilər.
Bu dəyişikliklərin həyata keçirilməsi minlərlə müəllimin sosial rifahının yaxşılaşmasına, onların motivasiyasının artmasına və ümumilikdə təhsil sistemində keyfiyyətin yüksəlməsinə müsbət təsir göstərə bilər. Eyni zamanda, qiymətləndirmə sisteminin daha şəffaf və ədalətli olması müəllimlər arasında rəqabəti sağlam şəkildə təşviq edər.
Bundan əlavə, minimum əməkhaqqının ildə bir dəfə yenidən nəzərdən keçirilməsi də iqtisadi və sosial baxımdan əhəmiyyətlidir. Bu addım əhalinin gəlirlərinin inflyasiyaya uyğunlaşdırılmasına, alıcılıq qabiliyyətinin qorunmasına və ümumi iqtisadi sabitliyin təmin olunmasına xidmət edir".

"Sabah" "Zirə"ni darmadağın etdi
Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
İlham Əliyev: Cənubi Qafqaz sülh zonasına çevrilir
iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
Qonşu ölkədə dollar kəskin bahalaşdı
Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ
Neymar 6 həftə oynamayacaq
Daha bir cüdoçumuz Avropa çempionu oldu
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
Bir stəkan su ilə dünyaya diplomatiya dərsi - Deputat yazır
Meloni İlham Əliyevə təşəkkür etdi
Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)