Azərbaycanda cinayət yolu ilə əldə edilən əmlakların sayı açıqlandı
Azərbaycanda cinayət yolu ilə əldə edilən əmlakların sayı açıqlanıb.
Azxeber.com "report"a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev məlumat verib.
O bildirib ki, fəaliyyət göstərdiyi müddət ərzində idarə tərəfindən cinayət yolu ilə əldə olunan əmlakların izlənməsi və aşkar edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilərək istintaq qurumlarının sorğularına əsasən təqsirləndirilən şəxslərə məxsus 164 daşınmaz əmlak, 9 torpaq sahəsi, 82 nəqliyyat vasitəsi, müxtəlif banklarda 45 kart hesabı və 17 cari hesab, 3 nəfərin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmadan fiziki şəxs qismində uçotda olması müəyyən edilib.
Dövlətə vurulan ziyanın ödənilməsi və xüsusi müsadirənin təmin edilməsi məqsədilə cinayət işləri üzrə aşkar edilən aktivlər və sair məlumatlar müvafiq istintaq orqanlarına təqdim edilib. İstintaq orqanları tərəfindən xüsusi müsadirənin təmin tədbiri kimi təqsirləndirilən şəxslərə məxsus əmlakların üzərinə müvafiq məhkəmə qərarı ilə həbs qoyulması təmin edilib.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR