Azərbaycanda çörəyin qiyməti qalxıb? - RƏSMİ AÇIQLAMA - FOTO

Azərbaycanda çörəyin qiyməti qalxıb? - RƏSMİ AÇIQLAMA - FOTOSon günlər Azərbaycanda çörəyin qiymətində artım olduğu bildirilir. Qeyd olunur ki, müxtəlif şirkətlərə məxsus çörəklərin qiyməti 10-20 qəpik aralığında artıb.
azxeber.com xəbər verir ki, Oxu.Az məsələni aydınlaşdırmaq üçün paytaxtda yerləşən bir neçə market şəbəkəsində bu iddialarla bağlı araşdırma aparıb.
Araşdırmamız əsnasında məlum olub ki, marketlərdə satılan qablaşdırılmış çörəklərin qiymətində artım var. Vurğulanıb ki, məhsuldan asılı olaraq 20 qəpiyə qədər bahalaşma mövcuddur.
Qiymət artımı ilə bağlı Oxu.Az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bunun səbəbi zavodların xərclərinin çoxalmasıdır:
"Dünya bazarında un və buğdanın qiymətində hansısa dəyişiklik yoxdur. Lakin istilik, daşınma, yanacaq, işıq, qaz qiymətlərində artım var. Şirkətlərin marjası (satış qiyməti ilə məhsulun maya dəyəri arasındakı fərq - red.) da məhduddur. Çörək qiymətlərini Tarif Şurası tənzimləməsə də, bu məsələ daim diqqət mərkəzindədir. Ona görə də çox marja qoya bilmirlər.
Lakin şirkətlərin xərclərinin artması qiymətlərin yüksəlməsinə səbəb olur. Həmçinin işçilərə verilən maaşlar çoxaldıqca şirkətlərin büdcəsinə təsir edir".
Məsələ ilə bağlı şirkətlərdən birinin mövqeyini də öyrəndik.
Müəssisədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, son dövrlərdə xammal, daşıma və digər xərclərdə baş verən davamlı artımlar istehsal xərclərinin də əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub:
"Məqsədimiz hər zaman yüksəkkeyfiyyətli, sağlam və gündəlik tələbatı ödəyən məhsulları istehlakçılarımıza münasib qiymətlərlə təqdim etməkdir. Mövcud iqtisadi şərtlər nəzərə alınaraq çörək çeşidlərimizdə qiymət tənzimlənməsi həyata keçirilib. Qeyd etmək istərdik ki, bu qərar uzunmüddətli təhlillər və daxili optimallaşdırma tədbirlərindən sonra qəbul edilib. Məqsədimiz qiymət artımını minimum səviyyədə saxlamaq və istehlakçılar üçün xidmətimizin keyfiyyətini və əlçatanlığını qorumaqla balanslı yanaşmanı təmin etməkdir.
Biz başa düşürük ki, qiymət dəyişiklikləri hər bir ailə büdcəsinə təsir edir. Buna görə də istehsal proseslərində səmərəliliyin artırılması, xərclərin optimallaşdırılması və alternativ təchizat imkanlarının araşdırılması istiqamətində işlərimizi davam etdiririk. Müəssisə olaraq şəffaflıq və istehlakçı məmnuniyyəti bizim üçün prioritetdir. Müştərilərimizin anlayışına və etimadına görə təşəkkür edir, keyfiyyətli məhsullarımızla xidmətinizdə olmağa davam edəcəyimizi bildiririk".

Sosial       Tarix: 27 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


son xeberler azerbaycan xeberleri yeni xeberler futbol xeberleri xabar az ən son xəbərlər cəbhədən canlı