Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: "İşimdən oldum, 4 balam çörəksiz qaldı

Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: Bakı sakini millət vəkili Fəzail İbrahimlidən şikayətçidir.
azxeber.com xəbər verir ki. Musavat.com-un redaksiyasına müraciət edən 42 yaşlı Xəyal Əsədov deputat Fəzail İbrahimli ilə bağlı başına gəldiyini iddia etdiyi hadisə barədə danışıb.
Dörd uşaq atası olduğunu deyən və küçə ticarəti ilə ailəsini dolandırdığını bildirən şikayətçi hadisədən sonra iş yerindən olduğunu, ailəsinin maddi və mənəvi çətinliklə üzləşdiyini söyləyib.
Onun sözlərinə görə, hadisə avqustun 3-də Yeni Yasamal ərazisində fəaliyyət göstərdiyi meyvə-tərəvəz satış nöqtəsində baş verib.
Satıcı bildirib ki, həmin gün yaşlı bir kişi ona yaxınlaşaraq qarpız almaq istəyib. Xəyal Əsədovun sözlərinə görə, qarpızlardan birini kəsib, giləmeyvə ağ çıxıb. Daha sonra digər qarpızı kəsərək alıcıya göstərib.
X. Əsədov iddia edir ki, həmin şəxs ondan kim olduğunu bildiyini soruşub. O isə qarşısındakı şəxsin kimliyindən xəbərsiz olduğunu və söhbət zamanı kobud ifadə işlətmədiyini bildirir.
"Dedim ki, ay ağsaqqal, kimsən axı? Nə xox gəlirsən mənə? Dövlət vəzifəlisi də olsan, adi vətəndaşsan, yaxınlaşmısan məndən qarpız alırsan. Sən qarpız alansan, mən də qarpız satan. İsti hava idi, yorğun idim, borc-xərc içində olan adamam. Ola bilsin, danışığım bir qədər kobud çıxıb. Amma nalayiq söz və ya ifadə işlətməmişəm", – deyə şikayətçi bildirib.
Onun sözlərinə görə, hadisə zamanı yaxınlıqda olan taksi sürücüsü də söhbətin şahidi olub. Əsədovun iddiasına görə, qarşı tərəf daha sonra polisə müraciət edib və onun barəsində şikayət verilib.
"15 dəqiqə keçmədi, Yasamal ərazisindən çox sayda polis əməkdaşı gəldi. Məni apardılar. Orada bildim ki, həmin şəxs deputat Fəzail İbrahimlidir. Mən onu həqiqətən tanımamışdım", – deyə Xəyal Əsədov bildirib.
Şikayətçi deyir ki, polisə aparılarkən qarpız kəsmək üçün istifadə etdiyi bıçaq da götürülüb. Onun sözlərinə görə, deputatın özünü bıçaqla hədələdiyini bildirməsindən sonra məsələ araşdırılıb. Onun iddiasına görə, hadisə yerinə aid təhlükəsizlik kamerasının görüntülərinə baxıldıqdan sonra onun qarşı tərəfə bıçaqla hədə-qorxu gəlmədiyi müəyyənləşib.
"Bölmə rəisi və digər əməkdaşlar kameraya baxdılar. Gördülər ki, mən bıçaqla heç kimə hədə-qorxu gəlməmişəm. Sadəcə qarpızı kəsmişəm, sonra da bıçağı kənara qoymuşam. Səhəri gün məni buraxdılar və 50 manat cərimə olundum", – deyə o bildirib.
Əsədov həmin mərhələdə polis əməkdaşlarının kamera görüntülərini araşdırmasını müsbət qiymətləndirib:
"Azərbaycan polisinə həqiqətən güvənməyinə dəyər. Başqa halda kamera görüntüsünü araşdırmaya da bilərdilər. Amma gəlib yerində kameraya baxdılar və gördülər ki, mən cinayət xarakterli hərəkət etməmişəm".
Lakin şikayətçinin sözlərinə görə, əsas problem bundan sonra başlayıb. O iddia edir ki, hadisədən sonra işlədiyi satış yeri sökülüb və hazırda ailəsini dolandırmaq üçün əvvəlki imkanından məhrum olub.
"Gəldim gördüm ki, yerimi sökürlər. Mən iki aydır zülm, əziyyət çəkirəm. Çörəyimdən olmuşam. Küçənin qırağında, səkinin kənarında alver edib dörd bala böyüdürəm", – deyə Əsədov bildirib.
Dörd övladının olduğunu deyən şikayətçi onların birinin ali təhsil aldığını, digər üç övladının isə məktəbdə oxuduğunu qeyd edib.
"Övladlarımın məktəb ləvazimatlarını, geyimini almaqda çətinlik çəkirəm. Mən özüm birtəhər dözərəm. 90-cı illərin aclığını görmüşəm. Amma uşaqlar bu əziyyətə dözə bilmirlər. Mənə görə onların da psixoloji əziyyət çəkdiyini görürəm. 42 yaşım var. Narkoman olmamışam, həbsdə yatmamışam, cinayətkar olmamışam. Dövlətdən də bir qəpik almamışam. Öz əlimin əziyyəti, alın tərimlə balalarımı dolandırmışam. İndi isə bir hadisəyə görə həm işimdən olmuşam, həm də uşaqlarımın qarşısında çətin vəziyyətə düşmüşəm. Mən bir deputatın qarpızın ağ çıxmasına görə yaranan mübahisədən sonra bu vəziyyətə düşdüyümü düşünürəm. İki aydır bunun əziyyətini çəkirəm", – deyə Xəyal Əsədov bildirib.
Musavat.com məsələ ilə bağlı Milli Məclisin deputatı Fəzail İbrahimli ilə əlaqə saxlayıb.
Deputat saytımıza bildirib ki, sözügedən məsələ ilə aidiyyəti qurumlar məşğul olur. O, hadisə ilə bağlı şikayətçinin səsləndirdiyi iddiaların doğru olmadığını bildirib və detalları açıqlamayıb.
Qeyd edək ki, Fəzail İbrahimli Milli Məclisin hazırkı deputatı və parlament sədrinin müavinidir.

Sosial       Tarix: 26 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Bu işlərdə çalışanların ödündə daş yaranır

Oturaq həyat tərzi öd daşına səbəb ola bilər. -a istinadən xəbər verir ki, həkim Olqa Çirkova öd kisəsi daşı xəstəliyinin səbəbləri haqqında danışıb. Həkim Çirkova xatırladıb ki, öd kisəsi qaraciyər tərəfindən istehsal oluna

Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər

Son illərdə Bakıda mənzil almaq istəyən şəxslər üçün əraziseçimi əsas məsələlərdən birinə çevrilib. . Alıcılar mənzil seçərkən yalnız onun hazırkı qiymətini vəyaşayış şəraitini deyil, həm də yerləşdiyi ərazinin gələcək inkişa

Neft həftəni bu qiymətlə başladı

Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir. xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 101,64 dollara, yüngül neftin bir barreli isə 98,11 dollara təklif edilir

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. xəbər verir ki, Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixində imzaladığı Sərəncama əsasən, 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdər

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. xəbər verir ki, paylaşımda qeyd olunub:

Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

Sentyabrın 25-də Bakının bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:00-dan işlər başa çatanadə

Evdən 10 min manatlıq oğurluq edən şəxslər saxlanıldı

Paytaxtın Nizami rayonu ərazisində evlərdən birindən qızıl-zinət əşyaları və pul oğurlanıb. xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı oğurluq əməlin

"Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur

"Ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu gün bizə təqdim ediləcək. Proqramın hazırlanması üçün mən bir müddət bundan əvvəl - apreli

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan

"Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycan üçün həm iqtisadi, həm də sosial baxımdan böyük perspektivlər vəd edir. Bu istiqamətdə 2027–2030-cu illəri əhatə edən dövlət proqramının həyata keçirilməsi v


azerbaycan xeberleri yeni xeberler son xeberler qarabag hava proqnozu az xeber en son xeberler