Azərbaycanda devalvasiya olacaq? - VACİB AÇIQLAMA

Azərbaycanda devalvasiya olacaq? - VACİB AÇIQLAMAAltı il öncə bir ildə iki dəfə devalvasiyaya uğradıqdan sonra üzən məzzənnə ilə dəyər itirən milli valyuta manat sabit məzənnənin diktəsi ilə bütün qlobal təsirlərə son illər tab gətirə bilib.
Azxeber.com-un "Xəzər Xəbər"ə istinadən məlumatına görə, Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Türkiyənin milli valyutasının qarşısıalınmaz ardıcıllıqla ucuzlaşması və daxili bazarda da müşahidə edilən dəyişikliklər manatın ucuzlşama risklərini gündəmə gətirib.
İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, məhz dolların bir çox valyutalar üzərindəki son dominantlığını risk amili hesab etmək olar. Devalvasiya şəraiti yaradan daha bir amil isə hazırda azad olunmuş ərazilərə edilən böyük yatırımdır.
Lakin bütün bunlar hazırda sadəcə riks olaraq təcəssüm edir, reallıqda isə manatın möhkəm qalması üçün də ciddi səbəblər var. Dövlət Neft Fondunda ehtiyatlar rekord vurur, hazırda təkcə bu fondda 44 milyard dollardan artıq vəsait var. Mərkəzi Bankın da ehtiyatları artaraq 7 milyard dolları ötüb. Ölkənin strateji valyuta ehtiyatlarının 51 milyard dollardan artıq olduğu bir dövrdə dolların istənilən basqısını manat rahatlıqla ala bilər. Xüsusən də Azərbaycanın istehsalında və ixracında mühüm yer tutan enerji daşıyıclarının qiymətlərinin belə yüksək olduğu ərəfədə manat özünü necə deyərlər, rahat hiss edə bilər.
İqtisadçı ekspert deyir ki, hətta Azərbaycan indi sabit məzənnədən üzən məzənnəyə keçsə, qısamüddətli iqtisadi panikanı nəzərə almasaq, manat dollar qarşısında nəinki ucuzlaşmaz, hətta bir qədər də dəyər qazanar.
Qeyd edək ki, hazırda hər həftə keçirilən hərracda Azərbaycanda bazarda dollara olan təlabat tam qarşılanır.

İqtisadiyyat       Tarix: 25 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB


yeni xeberler son xeberler azerbaycan xeberleri cebheden xeber meherremlik 2026 son xeberler azerbaycan sonxabar