Azərbaycanda dollar alışına niyə limit qoyulub? - Risk amili gündəmdə

Azərbaycanda dollar alışına niyə limit qoyulub? - Risk amili gündəmdəSon dövrlərdə bank filialları və mobil tətbiqlər vasitəsilə dollar alışına tətbiq edilən limitlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Xüsusilə xaricə səyahət edənlər, övladının təhsil haqqını ödəyənlər və ya onlayn ödənişlər həyata keçirən vətəndaşlar üçün bu məhdudiyyətlər ciddi narahatlıq yaradır. Bəs dollar alışına qoyulan limitlər vətəndaşların xarici valyutaya çıxış imkanlarına necə təsir edir və bu məhdudiyyətlər hansı nəticələrə gətirib çıxara bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu cür məhdudiyyətlər bir sıra praktiki və psixoloji problemlərə yol açır.
Azərbaycanda dollar alışına niyə limit qoyulub? - Risk amili gündəmdə"Bank filiallarında və mobil tətbiqlərdə dollar alışına limit qoyulması vətəndaşların xarici valyutaya sərbəst çıxış imkanlarını daraldır. İnsanlar istədikləri məbləğdə dollar ala bilmədikdə, xüsusilə xaricə səyahət, təhsil haqqının ödənilməsi, onlayn alış-veriş və ya xaricə pul köçürmələri zamanı çətinliklərlə üzləşirlər. Limitlər səbəbindən bəzi vətəndaşlar tələb etdikləri məbləği toplamaq üçün bir neçə bank arasında bölünərək valyuta almağa çalışır ki, bu da vaxt itkisi və əlavə çətinliklər yaradır".
Ekspert qeyd edib ki, belə məhdudiyyətlər bazarda psixoloji gərginlik də formalaşdırır.
"Dollar alışının çətinləşdiyini görən insanlar gələcəkdə daha sərt məhdudiyyətlərin tətbiq olunacağından ehtiyatlanaraq valyutaya tələbi artırır. Bu isə banklarda dolların daha tez tükənməsinə və növbələrin yaranmasına səbəb ola bilər".
Akif Nəsirlinin fikrincə, limitlərin digər mənfi tərəfi qeyri-rəsmi valyuta bazarının yaranma riskidir.
"Tələb olunan məbləği ala bilməyən şəxslər qeyri-rəsmi yollar axtara bilər ki, bu da həm vətəndaşlar üçün əlavə risklər yaradır, həm də dövlətin maliyyə nəzarət mexanizmlərini çətinləşdirir.
Banklar bu cür məhdudiyyətləri əsasən valyuta ehtiyatlarını qorumaq, bazarda kəskin tələbat artımının qarşısını almaq və məzənnə sabitliyini təmin etmək məqsədilə tətbiq edirlər. Lakin məhdudiyyətlər uzun müddət davam etdikdə bank sisteminə inamın azalmasına və iqtisadi fəallığın zəifləməsinə səbəb ola bilər".
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 05 mart 2026
f Paylaş

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bakıda hava limanında ƏMƏLİYYAT - FOTO

Ciddə-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlərin çamadanlarından gömrük orqanına bəyan edilməyən saat və planşetlər aşkarlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Hava Nəqliyyatınd

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən xəbər cəbhədən yeni xəbərlər havanın temperaturu hava proqnozu