Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunurSentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur.
azxeber.com xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb.
Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edib və tarixi Zəfər qazanıb. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olub.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlanıb.
Cəmi 23 saat 43 dəqiqə davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Qeyd edək ki, 20 Sentyabr - Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günüdür.

Sosial       Tarix: 20 sentyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xəbər verir ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzr

Bərdədə bədbəxt hadisə: İki yaşlı uşaq hovuza düşüb öldü

Bərdədə 2 yaşlı uşaq hovuzda boğularaq ölüb. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Bərdə şəhəri M.P.Vaqif küçəsində baş verib. Belə ki, 2024-cü il təvəllüdlü Ə.M (Ad şərtidir) valideynlərinin nəzarətində

19 il azadlıqdan məhrum olunan məhkum cəzaçəkmə müəssisəsinin zabitinə zor tətbiq edib? - Məhkəmə

Penitensiar Xidmətin zabiti, polkovnik Elçin Əzizova qarşı zor tətbiq etməkdə təqsirləndirilən Amal Zülfüqarlının cinayət işinin məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsind

Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı

Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) birinci kurs tələbələrini hədələdiyi bildirilən tələbənin universitetdən xaric edilməsi qərarına münasibət bildirib

Xalq artisti Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət aldı: 'Necə oldu, özüm də bilmədim

Xalq artisti, tanınmış diktor Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb.  xəbər verir ki, bu barədə diktor -a açıqlamasında bildirib. O qeyd edib ki, bir neçə gün əvvəl evinin balkonunda olarkən təzyiqi yüksəli

Bu günün valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, sentyabrın 18-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat təşkil edib. Türkiyə lirəsi 0,0348 manatadək, Rusiyanın 100 rublu 2,013

PISA-da oxu nəticəmizi necə yüksəldək?

Son PISA-2025 nəticələrinin açıqlanması Azərbaycan təhsilində bir sıra mühüm məsələləri yenidən müzakirəyə çıxardı. Məncə, burada diqqət çəkən məqamlardan biri Elm və Təhsil Nazirliyinin, xüsusilə nazirin nəticələri açı

Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə Corat bağları ərazisində qeydə alınıb. İddiaya görə, hadisə ailə münaqişə zəminində baş verib və 67 yaşlı kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb. -ın əld

Paytaxtın iki rayonunda su olmayacaq

Bakının Qaradağ və Səbail rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az son xeberler zelzele son xabar xeber.az 2026