Azərbaycanda döyüş itləri burada saxlanılırmış - VİDEO
Azərbaycanda döyüş itləri burada saxlanılırmış - VİDEO
Azərbaycanda it döyüşlərində istifadə olunan "american stuff" və "pitbull" cinsli itlər mühafizə olunaraq, sığınacağa yerləşdirilib.
Qafqazinfo xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Heyvanların Qorunması Cəmiyyətinin heyvan haqları üzrə inzibatçısı Fərid Mansurov yayıb.
Bildirib ki, fermada saxlanılan səkkiz cins it ərazidən götürülərək, İDEA İctimai Birliyinə aparılıb.
İtlər köçürülən zaman onların insanlara qarşı sakit və mehriban olmaları diqqətdən yayınmayıb.
F.Mansurovun sözlərinə görə, buna səbəb onların balacalıqdan yalnız itləri özünə şikar kimi görməyə öyrədilməsidir.
Sözügedən məkandan çəkilmiş videodan görünür ki, orada itlər üçün xüsusi rinq hazırlanıb və onlar yarıtikililərdə saxlanılıblar. Həyətdə itlərin qarşısına atıldığı ehtimal edilən heyvanların skeletləri də aşkarlanıb.
Qeyd edək ki, it döyüşlərini əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra məsələ Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və döyüşləri təşkil edən Mətləb Əliyev, Rüfət Bədəlov, Hüseyn Əliyev və Murad Ştayev həbs olunub.
Xatırladaq ki, narkotik vurulduğu iddia olunan itlər ölənə qədər döyüşdürülür, "Pitbull" küçə itini öldürdükdən sonra isə onun cəsədi doğranılır və cavan döyüş itlərinə yedizdirilirdi.
/oxu.az
f Paylaş
Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb