Azərbaycanda əlilliyin qiymətləndirilməsi qaydalarında yeniliklər açıqlanıb
Nazirlər Kabinetinin yeni Qərarları ilə "Əlilliyin qiymətləndirilməsi Qaydaları" və "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası" təsdiq edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yeni qəbul olunmuş bu normativ hüququ aktlar göndərişlərin verilməsi və əlilliyin qiymətləndirilməsi qaydalarında bir sıra yenilikləri nəzərdə tutur.
Belə ki, yeni qaydalara əsasən, artıq əlillik səbəbi ümumi və xüsusi olmaqla iki qrup üzrə müəyyən edilib. Həmçinin əlillik səbəbləri sırasına dünya praktikasına uyğun olaraq "terror hadisələri ilə əlaqədar" səbəbi də əlavə olunub, əlilliyin qiymətləndirilməsi üçün verilmiş göndərişlərin qüvvədə olma müddəti (1 ay) ilə bağlı məhdudiyyət aradan qaldırılıb.
Həmçinin yeni təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"na görə göndəriş vermək hüququ maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nazirlər Kabineti ilə razılaşdırmaqla birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyalarına aid olacaq.
Yaxud müvafiq hallarda bu göndərişlər Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən veriləcək. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilməsi də nəzərdə tutulub.
Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması faktı aşkarlandığı halda, göndəriş üçün stasionar və ambulator müalicə müddəti tələbi də aradan qaldırılır.
Milli.Az /news.milli.az

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı