Azərbaycanda elmi işlərin müdafiəsi sahəsində edilən dəyişikliklər açıqlandı

Azərbaycanda elmi işlərin müdafiəsi sahəsində edilən dəyişikliklər açıqlandı"Ali Attestasiya Komissiyasının (AAK), demək olar ki, bütün fəaliyyət istiqamətlərində müəyyən dəyişikliklər və yeniliklər olub".
Azxeber.com xəbər verir ki, bunu AAK-nın sədri Famil Mustafayev rəsmi qəzetə müsahibəsində bildirib.
Onun sözlərinə görə, dissertasiya şuralarının səlahiyyət müddəti 3 il müəyyən edilib, bir ay ərzində 4 fəlsəfə doktoru və ya 2 fəlsəfə doktoru və 1 elmlər doktoru dissertasiyasının müdafiəsinin keçirilə biləcəyi nəzərdə tutulub: "Digər dəyişiklik dissertasiya şuralarının tərkibi ilə bağlıdır. Yeni qaydalara görə, fəlsəfə doktoru dissertasiyasının müdafiəsində ixtisas üzrə, azı, 3, elmlər doktoru dissertasiyasının müdafiəsində ixtisas üzrə, azı, 5 elmlər doktoru olmalıdır. Bu halda hər bir ixtisas üzrə dissertasiya şurası üzvlərinin sayı bərabər və 5 nəfərdən az olmamalıdır".
Sədr qeyd edib ki, dissertasiya şurası bir neçə ixtisas üzrə, ən azı, 2, ən çoxu, 4 ixtisas üzrə yaradıla bilər: "Üzvlərinin sayı 10 nəfərdən az, 28 nəfərdən çox olmamalıdır. Yüksəkixtisaslı əcnəbi mütəxəssislər dissertasiya şurasının tərkibinə daxil edilə bilərlər. Dissertasiya şurasının tərkibində müvafiq ixtisas üzrə elmlər doktorlarının sayını təmin etmək mümkün olmadıqda, həmin ixtisas üzrə elmi və elmi-pedaqoji fəaliyyətə görə professor elmi adı almış fəlsəfə doktorları, o cümlədən mədəniyyət, incəsənət, memarlıq, hərbi, bədən tərbiyəsi və idman sahələrində uzun müddət qüsursuz çalışan və əhəmiyyətli nailiyyətlər əldə etmiş, lakin elmi dərəcəsi olmayan professor elmi adı almış elmi və elmi-pedaqoji kadrlar elmlər doktorlarını əvəz edə bilərlər".
"Əvvəllər dissertasiya müdafiələrində aparıcı təşkilatlar təyin olunurdu. Bu formal xarakter aldığından komissiya aparıcı təşkilat institutunu ləğv etdi, əvəzində opponentlərin sayını artırdı. Yeni qaydalara əsasən, fəlsəfə doktoru dissertasiyalarının müdafiəsi üzrə 3, elmlər doktoru disser­tasiyalarının müdafiəsi üzrə isə 4 nəfər opponent olur. Dissertasiyanın müdafiəsi prosesində dissertasiya işi ilə dərindən tanış olaraq ona rəy bildirən məhz opponentlər olduğundan, düşünürəm ki, onların sayının artırılması ilə elm tutumlu, böyük əhəmiyyət kəsb edən problemin yeni həllini təklif və təmin edə biləcək dissertasiyaların sayı da çoxalacaq.
Yeni qaydalarda iddiaçıdan yalnız xarici dil və müvafiq ixtisasdan imtahan vermək tələb olunur ki, bu da Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilmiş "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə" ilə müəyyən edilib. Dok­toranturaya qəbul zamanı Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən xarici dil imtahanında keçid balı 50 ballıq sistemdən 25 bal müəyyən edilib. "Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası"na əsasən, əgər xarici dil üzrə qəbul imtahanının nəticəsi 35 baldan yüksək olarsa, iddiaçılar dissertasiyalarını beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar. Xarici dil üzrə B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatı əldə etmiş doktorantlar da həmin sertifikatın qüvvədə olduğu müddətdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar", - F.Mustafayev vurğulayıb.
O bildirib ki, fəlsəfə doktoru imtahanları ilə bağlı məsələ yalnız kəmiyyət deyil, həm də keyfiyyət dəyişikliyi ilə səciyyələnir: "Əvvəlki dövrdə eyni ixtisas üzrə imtahanlar respublikanın müxtəlif təşkilatlarında fərqli proqramlar əsasında keçirilirdi, hazırda imtahanlar komissiya tərəfindən baxılmış və təsdiqlənmiş proqramlar üzrə keçirilir. Yaxın zamanlarda isə eyni ixtisas üzrə fəlsəfə doktoru imtahanları bütün müəssisə və təşkilatlarda komissiya tərəfindən təsdiq edilmiş vahid proqramlar əsasında təşkil olunacaq. İlk dəfə olaraq, bütün müdafiə olunacaq dissertasiyaların aftoreferatları bir ay öncədən Azərbaycan, rus və ingilis dillərində komissiyanın saytında yerləşdirilir".

Sosial       Tarix: 15 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard


azerbaycan xeberleri son xeberler yeni xeberler qarabag krimnal xeber cəbhədən yeni xəbərlər xəbər az