Azərbaycanda ən çox qəza törədənlər kimlərdir? - DYP AÇIQLADI - VİDEO
Bəzən avtomobili yeni-yeni idarəetməyə başlayanların daha çox qəza riski yaratdığı ehtimal edilir. Lakin çox illik statistik rəqəmlər bunun əksini iddia edir. Məlumata əsasən, baş verən ağır qəzalar 10 ildən artıq sürücülük təcrübəsi olanların iştirakı ilə törədilib.
Azxeber.com xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı sürücülərə xəbərdarlıq edib. Qeyd edilib ki, təcrübəsi çox olan sürücülərdə arxayınlıq yaranır ki, bu da yollarda ağır qəzalara səbəb olur.
Qəza törədənlərin sürücülük təcrübəsinə görə bölgüsü açıqlanıb. Məlum olub ki, yol nəqliyyat hadisələrinin müəyyən hissəsi təcrübəsi daha çox olan sürücülərin iştirakı ilə baş verib
10 ildən çox avtomobil idarə edənlər də bir neçə dəfə qəza törətdiklərini etiraf edirlər.
Əgər sürücü yolda müəyyən olunmuş sürət həddini görüb ona əhəmiyyət vermirsə, nümayişkaranə şəkildə qarşı hərəkət zolağına çıxırsa, ötmə, manevr etmə və yaxud yolayrıcını keçmə qaydalarını bilərəkdən pozursa, ara məsafəsi saxlamırsa, bu o demək deyil ki, həmin şəxs törətdiyi əməllərin qanuna zidd olduğundan xəbərdar deyil, sadəcə məsuliyyət hissini unudaraq hərəkətlərini davam etdirir - deyə xəbərdarlıqda bildirilib.
Sürücülərə tövsiyə edilib ki, təcrübəsindən asılı olmayaraq hər kəs sükan arxasında olmağın məsuliyyətini hiss etməli, hərəkət zamanı maksimum ehtiyyatlı olmalıdır. Əks halda ölümlə nəticələnən qəzalarda artacaq.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR