Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi

Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildiDövlət Sərhəd Xidmətinin (DSX) əsgəri xidmətini başa vurmadan həbs edilib.
KONKRET.az bildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 18 yaşlı Ə.X. əsgərlikdən əvvəl 14 yaşlı qızla cinsi əlaqədə olmaqda və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinib.
Bu hadisə Azərbaycanın rayonlarından birində baş verib. Ə.X. ilə A.A. məktəbdə tanış olublar. Həmin vaxt oğlan 9, qız 6-cı sinifdə oxuyub.
İstintaqla müəyyən edilib ki, Ə.X. qızın 14 yaşından 16 yaşı olana kimi onunla münasibətdə olub. Bu münasibət nəticəsində qız 15 yaşında olarkən hamilə qalıb. Amma cinayətin üstü oğlan hərbi xidmətə gedəndən sonra açılıb. Bu səbəbdən o, xidmətdə olarkən həbs edilib.
Əsgər məhkəmədə əməlini etiraf etsə də, qızla 14 yaşı tamam olana kimi münasibətdə olmadığını deyib. O, həmçinin A.A. ilə sevgili olduğunu, evlənmək istədiklərini bildirib.
Qız özü də məhkəmədə oğlandan şikayətçi olmayıb. Yeniyetmə bu məsələ ilə bağlı atasının şikayətçi olduğunu, özünün isə oğlandan heç bir şikayət və tələbinin olmadığını bildirib. Hazırda 32 aylıq hamilə olduğunu qeyd edib. Onun qanuni nümayəndəsi olan anası da oğlanın tutulmasının mənasız olduğunu əlavə edib.
Məhkəmə yekunda təqsirləndirilən əsgəri 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirli bilib. Ona 6 il 6 ay həbs cəzası verilib.

Hadisə       Tarix: 03 noyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi

Göyçayda 31 yaşlı stomatoloq ağır xəstəlikdən vəfat edib. xəbər verir ki, 1995-ci il təvəllüdlü Orxan Çingiz oğlu Cəfərov uzun müddətdir əziyyət çəkdiyi xərçəng xəstəliyi səbəbindən İranda müalicə aldığı xəstəxanaların birind

Bakıda ağır qəza: ölən var

Bakıda minik avtomobili yük avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb. xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb. Bahəddin Əfqan oğlu Nəcəfzadə idarə etdiyi "Lada Granta" markal

Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB

Zaqatalada gübrə satışı ilə məşğul olan iri şirkətlərdən birinin anbardarı külli miqdarda dələduzluqda ittiham olunaraq həbs edilib. xəbər verir ki, Əmrah Ramazan Valeh oğlu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkki

İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü

İsveçrədə azərbaycanlı gənc bədbəxt hadisə nəticəsində ölüb. KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bern şəhərində baş verib. 1984-cü il təvəllüdlü Məhəmməd Aslanov hamamda elektrik cərəyanı vurması nəticəsind

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tər

Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbə

Müəmmalı ölüm: güllə yarası almış kişinin meyiti tapıldı

Ağdaşda meyit tapılıb. KONKRET. -a istinadla xəbər verir ki, 40 yaşlı Rəşad Abidovun üzərində güllə yarası olan meyiti yaşadığı evin həyətində aşkar edilib. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılı

Xocalıda icazəsiz at sürənlər cərimələndi

Xocalıda kəndlinin atlarını icazəsiz sürənlər saxlanılıb. -a istinadla xəbər verir ki, hadisə Daşbulaq kəndində qeydə alınıb. Kəlbəcər sakini olan 41, 46 və 51 yaşlı şəxslər sərxoş halda örüş yerində atların otladığını görüblər

9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi

Bakıda qeyri-adi hadisə baş verib. 30 yaşlarında olan qadın 9 ay boyunca hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirib. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə cərrah mama-ginekoloq İlhamə Nağıyeva məluma


yeni xeberler azerbaycan xeberleri son xeberler hava proqnozu valyuta mezennesi son xeber.az son xeberler bu gun