Azərbaycanda ətin qiyməti BAHALAŞACAQ

Azərbaycanda ətin qiyməti BAHALAŞACAQDövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin yanvar - oktyabr ayları ərzində Azərbaycan xaricdən mal əti idxalını 93.3 faiz artırıb.
Komitənin başqa bir hesabatında göstərilir ki, cari ilin yanvar – sentyabr aylarında Azərbaycanda 2 milyon 533 min 192 ədəd iribuynuzlu mal-qara olub. İstehsal olunan ətin ümumi çəkisi isə 424 min 545 ton təşkil edib.
Dövlət Gömrük Komitəsinin bu dövr üçün açıqladığı son hesabat da bu məlumatı təsdiq edir. Belə ki, bu dövrdə Azərbaycana 95 milyon 632 min dollardan çox diri heyvan idxal olunub ki, bunun da ümumi çəkisi 682 tondan bir çox olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 milyon 474 min dollar və ya 37,10 faiz çoxdur. Buradan da belə aydın olur ki, bir il ərzində idxal olunan ətin çəkisində cüzi, yəni 1 milyon 054 tondan bir qədər çox və ya 3,03 faiz, maliyyə dəyərində isə 7 milyon 386 min dollar və ya 10.55 faiz artım olub.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Referans.az-a açıqlamasında bildirib ki, ət idxalının artmasının səbəbi ölkə daxilində ət istehsalının azalmasıdır:
"İdxal hesabına yerli bazarda ət qiymətinin ucuzlaşması mümkün deyil. Bəzi hallarda mümkün olur, amma indiki halda bu belə deyil. Konkret olaraq ət idxalı hesabına ölkə daxilində bazardakı ucuzlaşmaya nail olmaq mümkün deyil. Bu bazarın strukturundan asılı olan bir məsələdir. Məsəl üçün ucuz qiymətə çay idxal etsək, ölkə daxilində çayın qiymətin azalda bilərik, amma ət idxalında bunu etmək mümkün deyil. Çünki bizdə idxal olunan ət çox nadir hallarda bazara çıxır. İdxal olunan ət əsasən hökumət və qeyri-hökumət təşkilatlarında çoxsaylı şəxsi heyyəti qidalandıran müəsissələr üçün istifadə edilir. Bu ətlərin əksəriyyəti dondurulmuş olur".
İqtisadçı qeyd edib ki, bizim bazarlarda gördüyümüz ənənəvi satılan ət idxal olunan ət deyil, yerli ətdir. Onun sözlərinə görə, yerli ət istehsalı azaldıqca da bazardakı ətin qiyməti bahalaşır: "Ət istehsalının ucuzlaşmasının əsas səbəblərindən biri isə 2015-ci ildən bəri bizim iqtisadi strategiyamızla bağlıdır. Pambıq strateji məhsulu istehsal olunanda Azərbaycanda heyvandarlıqla məşğul olan fermerlərin əllərində olan torpaqları alıb yerində pambıq əkdilər. Onlar da əllərində olan heyvanları satıb heyvandarlıqdan çəkildlər və nəticəsi də belə oldu".
Həmişə yay aylarında ətin qiyməti ucuzlaşırdı, amma bu il yay aylarında hətta məhərrəmlik ayı ətin qiyməti 1 manat bahalaşdı. Qarşıdakı aylarda da ətin qiymətinin bahalaşması mümkündür. Biz idxal hesabına heç vaxt ölkə bazarında ətin qiymətini aşağı sala bilmərik – deyə Akif Nəsirli əlavə edib. / azxeber.com

Sosial       Tarix: 16 dekabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində


son xeberler yeni xeberler azerbaycan xeberleri hava durumu sonxəbər gunun xeberleri cəbhədən ən son xəbər