Azərbaycanda futbolçu 32 ildən sonra atasının məzarını tapdı
"Şəmkir" futbol klubunun baş məşqçisi Vüqar Nadirovun Birinci Qarabağ müharibəsində şəhid olmuş atasının məzarı 32 ildən sonra tapılıb.
Ərşad Nadirovun məzarı Ağdam rayonunda, 4 il yarımdan sonra aşkarlanıb.
44 günlük Vətən müharibəsində Vüqar Nadirovun atasının məzarının olduğu Ağdam rayonunun Uzundərə ərazisi işğaldan azad edilsə də, ərazi təhlükəli hesab olunduğu üçün və işğal dövründə ermənilərin məzarlığı dağıtdıqlarına görə futbolçu tərəfindən məzarın yerini tapmaq və ora səfər etməklə bağlı müvafiq qurumlara müraciət edilib. Nəhayət, bu gün ailə üzvləri Ağdam rayonuna gedərək məzarı ziyarət ediblər.
Ərşad Zahid oğlu Nadirov 1950-ci ildə Ağdam rayonunun Seyidli kəndində anadan olub. Ağdam şəhər 1 nömrəli orta məktəbi bitirib. Müharibənin ilk günlərində özü kimi vətənpərvər və döyüşkən oğulları başına toplayaraq "Koroğlu dəstəsi" adlı özünümüdafiə batalyonu yaradıb. Ağdam camaatı onun dəstəsinə həm də "Kötəl batalyonu" deyirdi. Bu batalyon əsasən Şelli istiqamətində döyüşürdü.
Ərşad Nadirov Ağdamın işğalından bir gün əvvəl - 1993-cü ilin iyul ayının 22-də ermənilərin atdığı raketin partlaması nəticəsində döyüşçü dostları ilə birlikdə şəhid olub. Onun cənazəsi Ağdam rayonunda yerləşən Uzundərə ərazisindəki Şəhidlər xiyabanında dəfn edilib. / azxeber.com

Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
İlham Əliyev Türkiyəyə səfərə gəlib
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
Prezident polşalı həmkarına məktub göndərdi
Marsol Group və İCMA üzvləri Zəfər abidəsini ziyarət etdilər - FOTOLAR
Azərbaycan və daha 3 ölkə təmiz enerji sazişi imzaladı
Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMA
İllik 26 milyon avro maaşdan imtina edir
Arsen Venger FIFA prezidenti ola bilər
Türkiyə Ermənistanla sərhədi açır?
Bazarlarda göbələk təhlükəsi: Bu əlamətləri görsəniz, almayın
Lora Lumer qalmaqalı: Trampın yaxın tərəfdaşı siyasi paylaşımlara görə on minlərlə dollar alıb
Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı
İzmirdə fabrikdə güclü partlayış: ölənlər var
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir