Azərbaycanda güclü zəlzələ olma ehtimalı ilə bağlı AÇIQLAMA: 'Hər gün zəlzələ olur, amma
Son zamanlar dünyada zəlzələlər artıb. Ötən gün Ukrayna və Sloveniyada yüksək ballı zəlzələlər qeydə alınıb.
Bəs Azərbaycanda da güclü zəlzələ ola bilərmi?
Məsələ ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli azxeber.com-a açıqlamasında deyib ki, Azərbaycanda hər gün zəlzələ olmasına baxmayaraq bunların heç biri hiss edilmir:
"Azərbaycanda zəlzələlər hər gün olur. Lakin bunların heç biri hiss olunmur. Sonuncu dəfə Kürdəmirdə yüksək balda zəlzələ qeydə alınıb və hiss edilib. Amma sonradan belə bir hal müşahidə edilməyib. Yerdə olan xırda təkanlar, yer daxili proseslər olmalıdır. Yerin daxilində geodinamik proseslər var. Təbii ki, buna səbəb Yerin planetlərlə və digər cisimlərlə əlaqəsi var. Həmçinin bu proseslər arasında yeraltı plitə və blokların hərəkəti olmalıdır. Ola bilər ki, hiss olunan xırda təkanlar olsun, ancaq burada qorxulu heç nə yoxdur. Ancaq katostrafik zəlzələ ehtimalı yaxın günlərdə gözlənilmir. Çünki respublika ərazisində belə bir zəlzələ ocağı yoxdur. Yalnız 5 ballıq zəlzələlərdən sonra yerin altında cüzi çatlar əmələ gələ bilər".
Mikayıl Mirzəzadə

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"