Azərbaycanda günlər danışılan olayın pərdəarxasında nələr gizlədilir: Kimlər yalan danışır, kimlər cəza alacaq?

Azərbaycanda günlər danışılan olayın pərdəarxasında nələr gizlədilir: Kimlər yalan danışır, kimlər cəza alacaq?Xəbər verdiyimiz kimi, ARB-də Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişində gəlin qayınanasını öldürdüyünü etiraf edib. Bir neçə dəqiqə sonra isə hadisəni özünün yox, Seymur adlı şəxsin törətdiyini deyib. Baş verən bu hadisə iki gündür ölkə gündəmində müzakirə mövzusudur.
Hadisə Ağcabədi rayon sakini Əfsanə Məmmədovanın qayınanası Faxrəndə İbrahimova 1 il 9 ay əvvəl vəfat edib. Onun öz evində pilləkəndən yıxılaraq öldüyü məlum idi. Lakin iki uşaq anası olan Əfsanə mərhumun yıxılmadığını, onu pilləkənlərdən itələyərək yıxdığını, hadisənin bilərəkdən törətmədiyini deyib.
Mövzunun "Səni axtarıram"da müzakirəyə çıxmasının səbəbi mərhumun oğlu Elşadın anasının öz əcəli ilə vəfat etməsinə şübhəsi olub. Çünki onun anasının ölümü ilə bağlı cinayət işi açılması prokurorluq tərəfindən rədd edilmişdi. "Səni axtarıram"a müraciət edən Elşad anasının ölümündə arvadı Əfsanənin əlinin olduğunu deyib. Daha əvvəlki verilişlərdə isə Əfsanənin əri Elşadın əmisi oğlu Seymurla münasibətlərinin olması iddiaları ortaya atılıb.
Əfsanə başda qətllə bağlı deyilənləri inkar edib. Hətta mərhumun ölümü ilə bağlı araşdırma aparılan zaman polisdə və prokurorluqda dindirilib.
Lakin sonradan adının Seymurla hallanmasına görə həqiqəti etiraf edib. O bildirib ki, uşaqlarının atası Elşaddır və Seymurla heç zaman münasibəti olmayıb. Əfsanə ilk etirafını belə əsaslandırıb ki, yalan danışan adam deyil və bu günə qədər dedikləri həqiqətdir. Yalnız qayınanasının ölümü ilə bağlı dedikləri yalandır. Amma bir neçə dəqiqə sonra Əfsanə öz dediklərini təkzib edərək bildirib ki, qayınanasını itələyən Seymur olub. Sadəcə, hadisəni tək üzərinə götürmək, cəzanı özü çəkmək istəyir.

Burada is belə bir sual yaranır ki, Əfsanə Seymuru niyə qorumağa çalışır? Nə üçün Seymura görə ömrünün bir hissəsini həbsxanada keçirmək istəyir?
Əfsanənin əri əmisi oğlu Seymurdan başdan şübhələnirmiş. Efirdə də deyib ki, Əfsanə tək olduğu halda  anasına heç nə edə bilməzdi.
Efirdə baş verən hadisəni etiraf edən Əfsanə başda səmimi görünsə də sonradan dedikləri ilə özünü də çətin vəziyyətə salıb. Qadın əlavə edib ki, qayınanasını Seymur itələyib. Bunu görüb, amma susub. 
Onun etirafları ilə cinayəti bilən və ona kömək edən daha bir şəxsin kimliyi məlum olub. Əfsanə deyib ki, Nazim adı qohumu da qayınanasının ölümündən xəbərdar olub və hadisənin üstünü gizlətməkdə ona kömək edib.
Musavat.com-un əldə etdiyi məlumata görə, artıq hadisə ilə bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Əfsanə canlı efirdə polis əməkdaşlarına təhvil verildikdən sonra Seymur adlı şəxsin də istintaqa cəlb edilməsi istiqamətində işlər görülüb. Onun da saxlanıldığı bildirilir. Həmçinin Əfsanənin adını çəkdiyi Nazim adlı qohumu da saxlanılıb.
Məlumatlı mənbə bildirir ki, cinayət işi çərçivəsində mərhumun meyitinin ekshumasiya olunaraq ekspertizaya göndəriləcəyi bildirilir.
Tanınmış vəkil Anar Məmişov bildirir ki, əvvəlcə fakta görə cinayət işi açılır. Hüquqi varisin razılığından sonra müstəntiq meyitin qəbirdən çıxarılması üçün məhkəmə qarşısında təqdimat verir. Böyük ehtimalla mərhumun hüquqi varisi olan oğlu buna razılq verəcək. Çünki o, anasının öldürüldüyü barədə dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edib, sonra da televiziyaya çıxıb.
Vəkil qeyd edib ki, meyit yaxınlarının iştirakı ilə çıxarıldıqdan sonra müayinə olunur, xəsarətlərə qiymət verilir.
"Əfsanənin dediklərinə inansaq, burada ehtiyatsızlıqdan adam öldürmə var. Yəni, şəxsin niyyəti qəsdən adamı həyatdan məhrumetmə olmayıb. Buna görə də Cinayət Məcəlləsinin 124-cü, yəni ehtiyatsızlıqdan adam öldürmə maddəsinə tövsif edilə bilər.
Belə olan halda hadisəni bilib məlumat verməyən şəxslər məsuliyyətə cəlb edilməyəcək. Çünki 124-cü maddə xüsusi ilə ağır cinayət sayılmır.
Əgər Əfsanənin və ya digər şəxsin əməli qəsdən adam öldürmə maddəsinə tövsif edilsə, hadisəni bilən, gizlədən şəxs və ya şəxslər 1500 manat cərimə, 2 ilə qədər islah işləri və ya 2 ilə qədər azadlıqdan məhrum etmə cəzasına məhkum edilir"- deyə vəkil əlavə edib.
Anar Məmişov onu da əlavə edib ki, xüsusi ilə ağır cinayəti gizlətmək üçün təqsirləndirilən şəxsə kömək edən şəxs daha ağır, yəni 5 ilə qədər azadlıqdan məhrum etmə cəzasına məhkum edilir.
Bu gün Baş Prokurlruğun yaydığı məlumatda isə qeyd edilir ki, mərhumun ölümü zamanı ilkin araşdırma aparılanda Əfsanə Cəfərova verdiyi çoxsaylı izahatlarında hadisəyə hər hansı formada aidiyyətinin olmadığını, Faxrəndə İbrahimovanın ölümünün təbii səbəblərdən baş verdiyini göstərib. Buna görə də 3 mart 2020-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilib.
Mərhumun oğlu Elşad Cəfərovun 18 noyabr 2021-ci il tarixli ərizəsində qeyd olunan xüsusatlarla əlaqədar cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar 22 noyabr 2021-ci il tarixdə ləğv edilməklə Əfsanə Cəfərova və onunla yaxın münasibətlərdə olan digərlərinin hadisədə mümkün iştiraklarının yoxlanılması məqsədilə zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsi planlaşdırılıb. Yəni, prokurorluq bildirir ki, Əfsaənin etiraflarından əvvəl araşdırma başlayıbmış.
Prokurorluq qeyd edir ki, fakt üzrə başlanmış cinayət işinin istintaqı Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Bununla belə Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinə əsasən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.
Məlumatda qeyd edilir ki, hazırda Əfsanə Cəfərovanın cinayət hadisəsi ilə əlaqədar ziddiyyətli ifadələr verməsi nəzərə alınaraq iş üzrə bütün halların tam, hərtərəfli araşdırılması məqsədilə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumatların verilməsi təmin olunacaqdır.
musavat.com

Sosial       Tarix: 02 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber.az valyuta mezennesi son xeberler bugun şou biznes xəbərləri