Azərbaycanda həbsdə olan Fransa casuslarından birinin şəxsiyyəti məlum oldu
Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin Azərbaycanda apardığı casusluq fəaliyyətinə görə həbs olunmuş şəxslərdən birinin şəxsiyyəti məlum olub. Onun adı Martin Ryandır.
KONKRET.az xəbər verir ki, bu barədə erməni əsilli Fransız jurnalist Leo Nicolian 07 yanvar 2024-cü ildə "X" (keçmiş Twitter) sosial platformasındakı rəsmi səhifəsində məlumat verib.
O qeyd edir ki, "Martin Ryan dekabrın 4-də Bakıda həbs edilib. Merkorama MMC-nin baş direktoru Martin Ryan casusluqda ittiham olunur. O, onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş Fransanın 2 DGSE (Xarici Kəşfiyyat Baş İdarəsi) agenti tərəfindən istifadə (manipulyasiya) edilib."
Fransa vətəndaşı Martin Ryanın 04 dekabrda Fransa kəşfiyyatının xeyrinə casusluğa görə həbs olunmaqla, hazırda Bakıda həbsdə olduğu məlum olur.
Qeyd edək ki, daha əvvəl qərb mətbuatında yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabr ayının əvvəlində həyata keçirdiyi araşdırmalar və həbslər nəticəsində Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub.
Qısa müddət ərzində bir qismi həmin vaxt və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb.
Azərbaycan tərəfi qeyd olunan həbslərlə bağlı hələ ki rəsmi açıqlama verməyib.
Məlum olduğu kimi 2023-cü il dekabr ayının 20-də Fransa Prezidenti Emanuel Makron Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib.
Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSİ) rəhbərlik etmiş Nikolas Lerner isə Xarici Kəşfiyyat strukturuna yeni rəhbər təyin edilib.

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi