Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandıAzərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı
2019-cu ilin 11 ayı ərzində İİV-ə (İnsanda immunçatışmazlığı virusu) yoluxma halları faktı 592 nəfərdir. Onlardan 563-ü (95 faiz) Azərbaycan vətəndaşı, 29 nəfəri (5 faiz) əcnəbidir.
Oxu.Az-ın məlumatına görə, bunu 1 dekabr - Ümumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri Natiq Zülfüqarov bildirib.
Onun sözlərinə görə, qeydiyyata alınmış 563 Azərbaycan vətəndaşının 371-i kişi, 192-i qadındır:
"Bu ilin 1 dekabrına qədər Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzində 6774 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 69,4 faizi (4701 nəfər) kişi, 30,6 faizi (2073 nəfər) qadındır.
Bu il QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfərdir. İndiyədək QİÇS mərhələsində olanların sayı 1765 nəfər olub. İİV infeksiyasından ölmüş vətəndaşların sayı 1045 nəfərdir".
"2019-cu ilin 11 ayının sonuna RQMM tərəfindən qeydiyyata götürülən vətəndaşların 41 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 47,8 faizində heteroseksual, 3 faizində homoseksual kontakt nəticəsində, 1,6 faizində anadan uşağa keçməklə, 0,02  faizində donor qanının köçürülməsi nəticəsində baş verib. 6,6 faizində yoluxma yolu müəyyən edilməkdədir", - deyə N.Zülfüqarov qeyd edib. 
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə rəhbəri Hande Harmancı bildirib ki, 2019-cu ilin iyun ayına olan məlumata əsasən, hazırda dünyada İİV-lə yaşayan insanların sayı 37,9 milyon nəfərdir:
"Onlardan yalnız 24,5 milyonu antiretovirus (ART) müalicə ilə əhatə olunub. İİV-in anadan uşağa ötürülməsinin qarşısının alınması məqsədilə bu xəstəliklə yaşayan hamilə qadınların 82 faizi ART-yə cəlb edilib.
1997- ci illə müqayisədə, İİV-ə yeni yoluxma halları 40 faiz azalıb və 2018-ci ildə onların sayı 1,7 milyon nəfər olub. Şərqi Avropa və Mərkəzi Asiya regionunda yeni yoluxanların 95 faizi risk qrupuna mənsub olan şəxslər və onların cinsi partnyorlarıdır. Təqribən 8,1 milyon insan isə bu xəstəliyə yoluxduğu haqda məlumatsızdır". 
H.Harmancı qeyd edib ki, 2004-cü illə müqayisədə, bu xəstəlikdən ölənlərin sayı 56 faiz azalıb və 2018-ci ildə 770 min nəfər təşkil edib:
"Epidemiya başlandığı andan 2018-ci ilin sonuna kimi isə ümumilikdə 32 milyon insan vəfat edib. İİV-ə yoluxmanın, əsasən, narkotiklərdən istifadə zamanı keçdiyi qeyd edilsə də, bu gün insanlar bu xəstəliyə daha çox transseksual yollardan yoluxurlar".
İlhamə Əbülfət /oxu.az

Sosial       Tarix: 02 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər qurban bayrami 2026 xeberler bu qun beynelxalq bank mezenne