Azərbaycanda iki xəstəxanada işləməyən həkimlərə əməkhaqqı verildiyi məlum oldu
Ötən il Qusar və Ağdam rayonlarının mərkəzi xəstəxanalarında maliyyə pozuntuları aşkarlanıb, bəzi vəsaitlərin xəstəxananın kassasına mədaxil edilmədiyi məlum olub.
azxeber.com "report"a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti məlumat yayıb.
Qeyd olunub ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin Qusar və Ağdam rayonlarının mərkəzi xəstəxanalarında aparılan nəzarət tədbirləri zamanı "İcbari tibbi sığorta üzrə xidmətlər zərfi"nə daxil olmayan tibbi xidmətlərdən daxil olan vəsaitin xəstəxananın kassasına mədaxil edilmədiyi, cari və əsaslı təmir işlərinin həcmlərinin artırıldığı və podratçı təşkilatlara artıq büdcə vəsaitinin ödənildiyi müəyyən olunub.
Həmçinin, işə davamiyyəti olmayan, yəni faktiki olaraq işləməyən işçilərə, o cümlədən həkimlərə əsassız olaraq uzun müddət əməkhaqqı verildiyi, imtiyazlı xəstələr üçün aptek bölməsi tərəfindən tərtib edilmiş hesabatlarda qiyməti daha yüksək olan dərmanların miqdarının həkim reseptlərində çox göstərildiyi və bu kimi nöqsanlar nəticəsində büdcə vəsaitinin artıq xərcləndiyi müəyyən edilib.
Qeyd edək ki, hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və digər təşkilatlarda bu cür hallara yol verilməsinin qarşısının alınması məqsədilə, habelə təqsirkar vəzifəli şəxslər barədə tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyətlərinə, müvafiq yerli icra hakimiyyətlərinə və maliyyə orqanlarına məktublar göndərilib.
Nəzarət tədbirləri üzrə artıq və əsassız ödənilmiş vəsaitləri məsul vəzifəli şəxslər dövlət büdcəsinə ödəyərək bərpa edilmiş, prokurorluq və hüquq-mühafizə orqanlarının qərarlarına əsasən aparılan nəzarət tədbirləri ilə aşkar edilən artıq və əsassız ödənişlərin bir hissəsi ibtidai istintaq zamanı təqsirkar şəxslərin nağd qaydada dövlət büdcəsinə ödəməklə bərpa edilmiş, qalan hissəsinin bərpası isə məhkəmə qərarlarına əsasən, təqsirkar şəxslərin əmlaklarına yönəldilməklə hazırda davam etdirilir.

Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
Azərbaycanda pensiya yaşı aşağı salına bilərmi? - MÜHÜM AÇIQLAMALAR
Canavar 47 yaşlı kişiyə ağır xəsarətlər yetirib
Avtobusda sərnişinin kartından bir bilet üçün 29 dəfə pul tutulub - FOTOFAKT
Müctəba Xameneinin sağ qalma sirri AÇILDI
Culfa rayonunda kanaldan meyit tapıldı
Bakıda soyğunçuluq edən şəxs həbs edilib
İlham Əliyev Polşa Prezidentini təbrik etdi
Kobaxidze Ermənistana səfər edib
Azərbaycandan Ermənistana 8 vaqon gübrə göndəriləcək
Mən o mahnı ilə Röyaya vurulmuşdum
Kəmalə Piriyeva: 'Türk seriallarına baxanda həsəd aparıram
Səfirlik: Karlonun Ağdam və Füzuliyə səfəri ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini təsdiqləyir