Azərbaycanda ilk dəfə media xidmətləri göstərən onlayn platforma fəaliyyətə başlayıb

Azərbaycanda ilk dəfə media xidmətləri göstərən onlayn platforma fəaliyyətə başlayıbAzərbaycanda ilk dəfə olaraq bir çox media xidmətini bir arada təqdim edən "MediaServis" adlı internet platforması fəaliyyətə başlayıb.
Bu barədə Trend-ə platformanın rəhbəri jurnalist Elgün Mənsimov məlumat verib.
Onun sözlərinə görə, ölkə mediası üçün yeni olan bu platformada media sahəsinə aid xidmətlər peşəkar səviyyədə təqdim ediləcək. Xidmətlərlə tanış olmaq üçün www.mediaservis.az saytına daxil olmaq lazımdır. Sayt üç dildə - Azərbaycan, rus və ingilis dillərində yayımlanır.
E.Mənsimov qeyd edib ki, sifariş əsasında "MediaServis" tərəfindən istənilən mövzu və janrda məqalələr, reportajlar hazırlanır və redaktə olunmuş formada sifarişçiyə təqdim olunur. "MediaServis" xəbər, məqalə, elan və reklamların sayt və qəzetlərdə dərcini də təşkil edir. Bundan başqa, istənilən mövzuda olan məqalələrin ingilis, rus və fransız dillərinə tərcüməsi (eləcə də əksinə) edilir: "Bütün bunlar media sektorunda çalışan təcrübəli jurnalist və tərcüməçilər tərəfindən həyata keçirilir. Eyni zamanda, sifariş əsasında müxtəlif sahələr üzrə obyektlərə, idarə və müəssisələrə mediaturlar təşkil edilir, həmçinin jurnalistlərin konfranslarda, müxtəlif tədbirlərdə iştirakı təmin olunur. Tədbir və mərasimlərin peşəkar foto və videoçəkilişləri də bizim xidmət sahələrinə daxildir".
Platformanın rəhbəri bildirib ki, "MediaServis" xüsusən də kütləvi informasiya vasitələri (KİV) üçün bir özəllik təqdim edir. Belə ki, istənilən media obyektinin məsul şəxsləri www.mediaservis.az-a daxil olaraq "Xəbər al" bölməsində təqdim olunan özəl xəbərləri və araşdırma yazıları əldə edə və onu öz məhsulları kimi media resurslarında dərc edə bilərlər. Məhsulu alan şəxsə müəlliflik hüququ da verilir. Müəlliflik hüququ verilməyən məqalələrdə isə "MediaServis"ə istinad mütləqdir.
Həmçinin, bu sayt üzərindən jurnalistlər, eləcə də ayrı-ayrı şəxslər (istənilən vətəndaş) maddi gəlir əldə edə bilərlər. Belə ki, onlar özəl xəbər və araşdırma yazılarını www.mediaservis.az vasitəsilə sata biləcəklər. Təqdim edilən yazılar plagiat olmadan, maraqlı, gündəmə uyğun, eləcə də peşəkar yazılmalıdır. Bu yazılar ekspert qrupu tərəfindən dəyərləndirildikdən sonra saytın ana manşetində - "XƏBƏR AL" bölməsində bağlı formada yerləşdirilir. Həmin xəbər və ya məqalə öncədən müəyyən edilmiş məbləğə satıldığı təqdirdə bu məbləğin 90 faizi müəllifə təqdim olunur. Bu zaman anonimliyə tam zəmanət verilir.
E.Mənsimov əlavə edib ki, "MediaServis"in göstərdiyi xidmətlərlər bunlarla da bitmir. Platforma KİV-də monitorinq, konfrans və tədbirlərin təşkili, media hüquq məsləhətxanası kimi əlavə xidmətlər də təqdim edir.

Sosial       Tarix: 06 sentyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində


azerbaycan xeberleri yeni xeberler son xeberler butun xeberler son xeberler bugun 2026 azerbaycan kriminal xeber qarabag