Azərbaycanda 'İnstagram'da 500 manata 'uşaq' satırlar – FAKTLAR + ARAŞDIRMA

Son illər sosial şəbəkələrdəAzərbaycanda işsiz və pula ehtiyyacı olan qadınlar üçün yeni iş imkanı adıaltında müxtəlif təkliflər irəli sürülür. Bunların başında folekul donor olmaq təklifi durur ki,bu da insan al-verinin bir digər növüdür.
Xüsusən "İnstagram" sosial şəbəkəsində folekul satışının həyata keçirildiyi yüzlərlə səhifələr var. Bu səhifələr açıq səviyyədəqadınların işsiz və pula ehtiyacı olmasından istifadə edərək onlara təkliflərirəli sürür.
 Azərbaycanda 'İnstagram'da 500 manata 'uşaq' satırlar – FAKTLAR + ARAŞDIRMAYəni, pula ehtiyacı olan qadınlar 10 gün ərzində 500-800manat müqabilində folekul donor olaraq öz yumurta hüceyrələrini tanımadıqları şəxslərəsatırlar. Bu yumurta hüceyrələri isə daha sonra müxtəlif süni mayalanma həyatakeçirən həkimlər tərəfindən sonsuzluq yaşayan qadınlara iki və ya üç qat bahaqiymətə satılır.
Satışın "İnstagram"da keçirilməsinin bir digər səbəbihəm də yumurta hüceyrələrinin heç bir rəsmi qeydiyyat aparılmadan götürülməsidir.
Azxeber.com olaraq apardığımız araşdırmalar nəticəsindəbu səhifələri işlədənlərin daha çox həkim asistentləri olduğunu görmüş olduq.
Bunun üçün biz də donor adı ilə "instagram"da fəaliyyətgöstərən səhifələrdən birinə yazdıq. Aldığımız cavabların daha çox tibbişçisinin verdiyi cavablara bənzədiyini nəzərə alsaq bu iddiamız öz təsdiqini tapır.
"Donor" olaraq suallarımıza cavab verən səhifə adminisonda bizə bu prosesin qanunu olduğunu inandırmağa çalışdı:
Azərbaycanda 'İnstagram'da 500 manata 'uşaq' satırlar – FAKTLAR + ARAŞDIRMAHəqiqətən də qanunidir?
"İnsan orqan və toxumalarının donorluğu vətransplantasiyası haqqında" Azərbaycan Respublikası Konstitusiyasının 94-cümaddəsinin I hissəsinin 1-ci bəndi bu mövzunu tam olaraq əhatə edir.
Bu qanun Azərbaycan Respublikasında insan orqanlarınınvə toxumalarının (bundan sonra – orqanlar) donorluğunun və onlarıntransplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqantransplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin və tibbişçilərinin hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləritənzimləyir.
Azərbaycanda 'İnstagram'da 500 manata 'uşaq' satırlar – FAKTLAR + ARAŞDIRMAAzxeber.com-a açıqlamasında vəkil Roman Qaraşov yumurtahüceyrələrinin satışının qanunsuz olduğunu qeyd edir: "Ümumiyyətlə, onu qeydedim ki, orqan satışı bütün hallarda qanunsuzdur və yolverilməzdir. Azərbaycandada bunun satışı yolverilməzdir. Düzdür, orqan trasnplantasyası dünya təcrübəsindəvar. Hər hansı bir vətəndaş öz orqanını bağışlaya bilər, bu, əsasən qohumlararasında baş tutan bir prosedurdur. Amma burada hər hansı bir əvəzləşdirilməola bilməz. Bir şəxs orqanını pul qarşılığında digər şəxsə satırsa, bu, cinayətdir".
Vəkil sosial şəbəkələrdə ödəniş qarşılığında bu cürsatışların həyata keçirilməsinin yolverilməz olduğunu qeyd edib: "Sosial şəbəkələrdəbunun ödəniş qarşılığında alınması, bu adla donorluq da qanunla qadağandır. Bukimi hallar yolverilməz olaraq qiymətləndirilir".
Yəni yekunda qanun xüsusi halları izah edir və orqanbağışlanmasının yox, satışının qanunla qadağan olduğunu deyir.
Dünya praktikasında falekul satışı həyatakeçirilirmi?
Dünya prkatikasına nəzər salsaq, görərik ki, buprosedura yol verənlər cinayət məsuliyyətinə cəlb olunur. Bir orqan və yatoxumanın alqı-satqısı, satışına vasitəçilik etmək, qanunsuz yolla əldə edilmişorqan və ya toxumanı saxlamaq, köçürmək və ya bunu satın almaq məqsədilə reklametmək cinayət hesab olunur.
Qeyd edək ki, dünyda da bu, pul müqabilində həyatakeçirilirsə, qanunsuz hesab olunur. Yəni bəzi hallarda orqan və ya toxumadonorunun razılığı hüquqi cəhətdən etibarlı sayılır. Bu hərəkəti cinayətdənçıxaran razılıq hüquqi cəhətdən etibarlı olmalıdır. Hətta dünyada bununla bağlıcəzalar da var.
Belə ki, bir sıra ölkələrdə qanuni razılığı olmadanbir şəxsdən bir orqan götürən hər kəs 5 ildən 9 ilədək həbs cəzasına məhkumedilir. Cinayətin mövzusu toxumadırsa, iki ildən beş ilədək həbs cəzasıverilir.
Məsələn, qardaş Türkiyədə yumurta hüceyrəsinin satışıqanunla birbaşa qadağandır. İranda və digər İslam ölklələrində də bu qaydanın tədbiqiyolverilməz hesab edilir.
Yalnız Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyətdəolan donor banklarında bu proses həyata keçirilir.
Azərbaycanda da bu cür qanunsuz əməllərə yol verənlərinsosial şəbəkələrdə açıq şəkildə fəaliyyət göstərdiyini nəzərə alsaq, bu şəxslərinarxasında bəzi işbaz həkimlərin durduğunu deyə bilərik. Bəs bu orqan ticarətçilərinə kim "dur" deyəcək? Hər halda mövzu ilə bağlı kifayət qədər cavabsız qalan suallar var. 
Aydın Nuri

Sosial       Tarix: 09 sentyabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


son xeberler azerbaycan xeberleri yeni xeberler en yeni xeberler son.xeber son xabarlar cəbhədən son vəziyyət