Azərbaycanda intihar etmiş 8 yaşlı şagirdə gələn qorxunc mesaj: "Bu axşam səni öldürəcəyəm
Bir neçə gün əvvəl Bakı şəhər Nəsimi rayonunda məktəblinin intihar etməsi ilə bağlı istintaq araşdırmaları davam etdirilir.
azxeber.com bildirir ki, "Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, istintaqçılar N.Şahbazov küçəsində yerləşən mənzildə özünü turnikdən asaraq intihar edən İran İslam Respublikasının vətəndaşı, 2014-cü il təvəllüdlü N.R.-in "Galaxy TAB A7" markalı tabletdə (planşet) bu hadisəyə səbəb ola biləcək faktları aşkarlayıblar.
Belə ki, hadisədən dərhal sonra istintaqçılar mənzilin oyun otağında Nəsimi rayonu 10 nömrəli orta məktəbin 2-ci sinfində oxuyan uşağın daimi istifadəsində olan tableti maddi sübut kimi götürüblər. Mobil cihazın qalereya bölməsində insanları zorakılığa sövq edən qorxulu animasiya və şəkillər, eləcə də "3 days to die" və sair bu tip oyun və mobil tətbiqlərin şəkilləri aşkar edilib. Bundan əlavə olaraq tabletin "Samsung Notes" bölməsində "salam, mən anabellayam və bu axşam səni öldürəcəyəm" məzmununda yazışma aşkar edilib.
Bütün faktlar toplanaraq faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Sumqayıtda qadını avtomobil vurdu
Almaniyanın xarici işlər naziri Prezident İlham Əliyevə təşəkkür edib
Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Aprelin 1-dən maaş kartlarında YENİLİK – Banklar komissiya tələb edəcək?
İşə başlamamış pul alacaqlar – Yeni qərar
Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTOLAR
Mərkəzi Bankın səlahiyyətləri artırıldı
Təhlükəsizlik zəmanətləri, bərpa üçün milyardlar və əsas sual: Yeni Rusiya istilasının qarşısını necə almaq olar?
Onu "Qarabağ"dan transfer etmək istəyirdik, alınmadı
Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz? - Bank ekspertindən məsləhət
Qardaşı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin FOTOLARI
İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
Aylıq büdcəni düzgün planlaşdırmağın 8 sadə üsulu
Trampdan İrana xəbərdarlıq: Çox ciddi yanaşırıq