Azərbaycanda keçmiş məmuru döyüb xəstəxanalıq etdilər
Azərbaycanda keçmiş məmuru döyüb xəstəxanalıq etdilər
Ağdaş rayon Aşağı Ləki bələdiyyəsinin keçmiş sədri 64 yaşlı Vacib Həsənov döyülüb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sabiq bələdiyyə sədrinin vəziyyəti hazırda ağırdır.
Belə ki, mayın 31-nə keçən gecə o, kənddə başqa şəxsin həyətinə girib. Ev sahibi olan xanım isə həyətə kiminsə girdiyini görərək yaxın qohumlarına məlumat verib. Həmin şəxslər köməyə gəlib və V.Həsənovu həyətdə taparaq döyüblər.
İddialara görə, eks-bələdiyyə sədri həyətdə xanımı narahat edəcək hərəkətlər edibmiş.
Nəticədə keçmiş bələdiyyə sədrinin gözünün birinin görmə qabiliyyətini itirdiyi də bildirilir. Hazırda o, Mingəçevir Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.
Dava zamanı Vacib Həsənovun üzərində bıçaq olub və ətrafına yığışan insanlara bıçaqla hücum etməyə cəhd edib.
Faktla bağlı Ağdaş rayon polis idarəsində V.Həsənov barəsində Cinayət Məcəlləsinin 228-ci (soyuq silah daşıma) maddəsi ilə cinayət işi başlanılıb. İstintaqın gedişatında əlavə xüsusatlar ortaya çıxarsa, ona yeni maddələrlə ittiham verilə bilər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq davam etdirilir.
Qeyd edək ki, V.Həsənov Ağdaş Rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsində işləyən Qalib Həsənovun qardaşıdır. Hazırda kənddə bələdiyyə sədri isə V.Həsənovun oğlu Bəhruz Həsənovdur. /oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb