Azərbaycanda kərə yağı bahalaşacaq - SƏBƏB BUDUR

Azərbaycanda kərə yağı bahalaşacaq - SƏBƏB BUDUR"İranın kərə yağı ixracını dayandırması Azərbaycan bazarında qiymət artımına səbəb ola bilər. Hazırda ölkənin kərə yağı idxalında İran 20-25 faiz paya malikdir və bu göstərici bazar üçün kifayət qədər ciddi hesab olunur".
Bu fikirləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc KONKRET.az-a açıqlamasında səsləndirib.
Azərbaycanda kərə yağı bahalaşacaq - SƏBƏB BUDUR"Hazırda Azərbaycanda 1 kiloqram kərə yağının orta satış qiyməti 22-25 manat civarındadır. İrandan gətirilən məhsullar nisbətən daha ucuz olduğundan, xüsusilə sosial təbəqələrin tələbatında mühüm yer tutur. Eyni zamanda bir çox bayram şirniyyatları da məhz daha münasib qiymətli idxal yağları ilə hazırlanır ki, bu da tələbatın yüksək qalmasına səbəb olur.
İxracın dayanması bazarda təklifin azalmasına gətirib çıxaracaq və bu da qiymət artımını qaçılmaz edəcək. Alternativ olaraq Belarus, Avropa ölkələri və Yeni Zelandiyadan idxal olunan məhsullar bazarda mövcuddur, lakin onlar bütün istehlak tələbatını tam şəkildə qarşılamaq gücündə deyil".
Vüqar Orucun fikrincə, regionda gərginliyin davam etməsi, ixracın azalması və ya tam dayanması ilə yanaşı, logistik xərclərin artması da qiymətlərə əlavə təzyiq göstərə bilər. Alternativ bazarların müəyyən olunmasına qədər keçid dövründə bahalaşma ehtimalı yüksəkdir.
"Hazırkı hesablamalara görə qiymətlərdə təxminən 10 faiz civarında artım mümkündür. Bu halda 1 kiloqram kərə yağının qiyməti 24-28 manata qədər yüksələ bilər. Yerli istehsalın stimullaşdırılması vacibdir. Lakin o da nəzərə alınmalıdır ki, Azərbaycanda yağ istehlakı yüksək olduğundan, yerli istehsal hələ uzun müddət bu tələbatı tam ödəmək imkanında olmayacaq".
– deyə sədr vurğulayıb.
Onun sözlərinə görə, qiymət artımının səviyyəsi həm də regionda müharibənin nə qədər davam edəcəyindən asılıdır. Əgər proseslər normallaşarsa, bahalaşma əsasən Novruz bayramı ərəfəsində müşahidə oluna bilər. Sonradan müəyyən qədər geriləmə mümkün olsa da, qiymətlərin fevral ayındakı əvvəlki səviyyəyə tam qayıtması real görünmür.
"Bazarın qanununa görə qiymət yalnız o zaman azalır ki, məhsul bol olsun və tələbat zəifləsin. Yağa olan tələbat isə azalmır", – deyə Vüqar Oruc bildirib.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 05 mart 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bakıda hava limanında ƏMƏLİYYAT - FOTO

Ciddə-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlərin çamadanlarından gömrük orqanına bəyan edilməyən saat və planşetlər aşkarlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Hava Nəqliyyatınd

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən xəbər cəbhədən yeni xəbərlər havanın temperaturu hava proqnozu