"Azərbaycanda maska və vaksin zərurəti aradan qaldırılmalıdır" - Professor Adil Qeybulla
Azərbaycanda koronavirusla bağlı vəziyyət getdikcə yaxşılaşır. Təqribən bir ay əvvəl gündəlik yoluxma sayı 7 mindən çox idi. Lakin son sutkada virusa yoluxan şəxslərin sayı cəmi 29 nəfər olub. Belə bir məqamda karantin qaydaları yumşaldıla bilərmi? Qapalı yerlərdə maska tələbi və vaksin pasportu məcburiyyəti ləğv edilməlidirmi?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını tibb üzrə ekspert, professor Adil Qeybulla cavablandırıb.
O bildirib ki, bəzi məhdudiyyətlər aradan qaldırılmalıdır:
"Hesab edirəm ki, Azərbaycan da qonşu dövlətlər kimi yavaş-yavaş karantin rejimini yumşaltmalıdır. "Omikron" ştamı əhalinin böyük əksəriyyətini əhatə etdi. Vaksin olunan şəxslərdən tutmuş əhalinin 90 faizi virusun bu ştamına yoluxub sağaldı. Bu xəstəliyi hər kəs bir cür keçirdi və xəstəliyə qarşı insanlar arasında kollektiv immunitet yarandı. Düzdür, bu, koronavirusun sonuncu mutasiyası deyil və pandemiya hələ başa çatmayıb. Azərbaycan daha çox müdafiə olunan ölkədir. Çünki Cənubi Qafqazda vaksinasiya prosesinə ilk dəfə Azərbaycan başladı. Əhalinin böyük hissəsi artıq vaksin olunub. Bu mənada ölkəmizdə də yumşalma ilə bağlı bəzi addımlar atılmalıdır. Quru sərhədlərin açılması çox vacibdir. Həmçinin, fikrimcə, qapalı məkanlarda maska taxmaq zərurəti də ləğv olunmalıdır. Eyni zamanda vaksinlə bağlı zərurəti aradan götürməyin vaxtıdır. Hələlik bu qaydaları tətbiq edə bilərik. Lakin bütün hallarda vəziyyət epidemioloji vəziyyətə uyğun dəyərləndiriləcək".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto