Azərbaycanda müəllim şagirdi əsəbiləşdirdi, uşağın ağzı əyildi - VİDEO
Azərbaycanda müəllim şagirdi əsəbiləşdirdi, uşağın ağzı əyildi - VİDEO
Sosial şəbəkələrdə Sumqayıtdakı İnteqrasiya internat tipli gimnaziyada yeddinci sinif şagirdinin sinif yoldaşları tərəfindən döyülərək, sol gözünün çıxarıldığı barədə məlumat yayılıb.
Bildirilir ki, hadisə zamanı gimnaziyanın 7 a sinif şagirdi Nuriyeva Rəfiqə Elbrus qızının ağız nahiyəsi də əyilib və Sumqayıt Uşaq Xəstəxanasına yerləşdirilib.
APA TV hadisə ilə bağlı araşdırma aparıb. 13 yaşlı Rəfiqə Nuriyeva bildirib ki, hadisə birinci saat tarix dərsində baş verib:
"Sinif yoldaşım zarafatlaşmaq üçün hamıya vuranda mənim də qolumdan vurmuşdu. Mən əsəbiləşib gedib vurmaq istəyəndə müəllimimiz həmin an müəllimlər otağından çıxıb dərsə gedirdi. Onda müəllim gördü ki, mən başqa bir uşağın arxasınca qaçıram. Mənə "utanmırsan, bir oğlanın dalınca qaçırsan" dedi. Mən də əsəbiləşdim, onda ağzım əyilməyə başladı".
Gimnaziyanın direktoru Ayət Kərimova hadisənin noyabrın 5-də olduğunu bildirib və hər hansı bir döyülmə hadisənin olmadığını qeyd edib.
Şagirdin atası Elbrus Nuriyev isə uşağı məktəbə qoyduqdan bir saat sonra məktəbdən ona zəng olunduğunu söyləyib:
"Bir saatdan sonra mənə zəng gəldi ki, bəs qorxmayın, uşağınızın sifətində əyilmə var, tez gəlin. Xəstəxanada uşağın ağır olduğunu söylədilər. Və sonra yerləşdirdilər xəstəxanaya".
Sumqayıt Uşaq Xəstəxanasından isə bildirilib ki, Rəfiqə Nuriyevada gözlə görünəcək hər hansı xəsarət müşahidə olunmayıb:
"5 noyabr 2019-cu il tarixdə uşaq xəstəxanaya üz sinirinin nevriti diaqnozu ilə daxil olub. Və hazırda da müalicə almağa davam edir. Yəni daxil olanda üz sinirinin nevriti diaqnozu qoyulub və bizdə o diaqnoz da təsdiqlənib. Hazırda da bütün nevroloji müayinələr aparılır. Xəstənin vəziyyəti stabildir. Hər hansı ağırlaşma da yoxdur".
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
/oxu.az
f Paylaş
Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb