Azərbaycanda neçə avtomobil oğurlandığına görə axtarışdadır? - RƏQƏMLƏR
Azərbaycanda 351 avtomobil qaçırılıb və onların axtarışları davam edir.
Bu barədə azxeber.com Daxili İşlər Nazirliyinin saytının "Axtarışda olan nəqliyyat vasitələri" bölməsinə istinadən bildirir.
Həmin rəqəm 2005-ci ildən 2023-cü ilədək olan dövrü əhatə edir.
2022-ci ildə Azərbaycanda üç avtomobil oğurluğu qeydə alınıb. 2021-ci ildə də eyni sayda avtomobil oğurluğu hadisəsi olub.
2020-ci il üçün isə bu rəqəm daha çoxdur - 18 avtomobil qaçırılması hadisəsi.
Qeyd edək ki, həmin avtomobillərin axtarışı "Qaçırılmış, oğurlanmış nəqliyyat vasitələrinin və yol-nəqliyyat hadisəsi yerindən qaçmış sürücülərin axtarışının təşkili haqqında" Təlimata əsasən həyata keçirilir.
Axtarış işinin əsasını oğurlanmış və ya qaçırılmış nəqliyyat vasitələrini aşkar etmək, nəqliyyat vasitələrini oğurlayan, qaçıran şəxsləri müəyyən edərək saxlamaq, eləcə də nəqliyyat vasitələrini ələ keçirmək məqsədilə sürücülərə zor tətbiq edən, həmçinin yol-nəqliyyat hadisəsi yerindən qaçmış şəxslərin müəyyənləşdirilməsi təşkil edir.
Cinayət işlərinin istintaqı ilə əlaqədar nəqliyyat vasitələrinin axtarışı Dövlət Yol Polisi və digər xidmət əməkdaşlarının cəlb edilməsilə DİN-in cinayət-axtarış xidmətləri tərəfindən aparılır.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"