Azərbaycanda neçə uşağa meyvə adı verilib? - Xurma, Gilas, Badam, Göycə, İnnab
Azərbaycanda bəzi valideynlər yeni doğulan uşaqlarına meyvə adları verirlər.
azxeber.com xəbər verir ki, Modern.az saytı bununla bağlı Ədliyyə Nazirliyindən əldə etdiyi məlumatları sizə də təqdim edir.
Son 5 ildə yeni doğulan 8 körpəyə Gilas adı verilib.
Valideynlər 2 körpəyə Almaxanım, 1 uşağa Almagül adı qoyublar.
1 uşaq isə alçanın bir sortu olan Göycə adlandırılıb.
Ədliyyə Nazirliyinin məlumatına görə, son 5 ildə Azərbaycanda 3 uşağa Xurma, 2-sinə Xurmayə, 1-nə Xurmayıl adı verilib.
Valideynləri yeni doğulan 4 körpəyə Badam adı veriblər, 2 uşağa Badamxanım adı qoyulub.
15 uşaq Püstə, 11 körpə isə Püstəxanım adı ilə böyüyəcək.
Azərbaycanda 1 İnnab, 1 İnnabxanım adlı uşaq da böyüməkdədir.
Son 5 ildə nar meyvəsindən xoşu gələn valideynlər tərəfindən 862 uşağa Narin, 51 uşağa Narın, 1 körpəyə Narinə adı verilib.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı