Azərbaycanda ödənişlərlə bağlı VACİB YENİLİK - Bundan sonra
Səhv icra olunan ödənişlər xidmət haqqı tutulmadan ödəyiciyə geri qaytarıla bilər. Bu məsələ milli məclisə daxil olan "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsində əksini tapıb.
azxeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, yeni qanun bu tipli ödənişlərin ödəyiciyə geri ödənilməsi qaydalarını müəyyən edir.
İqtisadçı ekspert Pünhan Musayev deyir ki, qaydalara əsasən istifadəçi ödəniş əməliyyatının icrasından sonra 6 ay müddətindən gec olmayaraq hər hansı realizə edilməmiş və ya səhv icra olunmuş ödəniş əməliyyatlarını müəyyən etdikdə, bu barədə təchizatçını dərhal məlumatlandırmalıdır.
Geri qaytarılma zamanı təchizatçı tutduğu xidməthaqqını da ödəyiciyə qaytarmalıdır.
Bundan başqa ödəniş xidmətini göstərən elektron pul təşkilatı əməliyyatların aparılması üçün qəbul edilən pul vəsaitinin təhlükəsizliyini təmin etməli olacaq.
Təchizatçı 3 halda ödəniş alətini bloklamaq imkanına malik olacaq.
Təhlükə aradan qalxdıqdan sonra təchizatçı ya onu blokdan çıxarmalı ya da yenisi ilə əvəz etməlidir. Həmçinin hadisə barədə mərkəzi banka məlumat verilməlidir.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi