Azərbaycanda pul kütləsinin həcmi və manatın dövretmə sürəti artıb
Azərbaycanda pul kütləsinin həcmi və manatın dövretmə sürəti artıb
Noyabrın 1-nə olan göstəricilərə əsasən Azərbaycanda geniş pul kütləsinin həcmi 26 milyard 947,9 milyon manat olub.
Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, bu rəqəm ilin əvvəli ilə müqayisədə 5,5 faiz az olsa da ötən aya nisbətən 0,6 faiz çox olub.
Ölkəmizdəki geniş pul kütləsinin manatla həcmi isə 18 milyard 573,6 milyon manat təşkil edib. Eyni dinamika manatla olan pul kütləsində də özünü göstərib. İlin əvvəli ilə müqayisədə manat olan pul kütləsinin həcmi 3,4 faiz azalsa da, əvvəlki ay ilə müqayisədə 0,8 faiz artıb.
Eləcə də, Azərbaycanın xalis xarici aktivlərinin həcmi 15 milyard 983 milyon manat olub. İlin əvvəli ilə müqayisədə bu, 10,3 faiz az, öncəki aya nisbətən isə 0,9 faiz çoxdur.
Bankın xalis daxili aktivlərinin həcmi isə 10 milyard 964,8 milyon manat təşkil edib. Bu göstərici ilin əvvəli ilə müqayisədə 2,4 faiz az olsa da, əvvəlki ayın sonuna olan göstəricilərlə müqayisədə 0,2 faiz çoxdur.
Oktyabr ayının sonuna qədər Azərbaycan manatının dövretmə sürəti 3.78 bənd təşkil edib. Bu göstərici əvvəlki ay 3.77 bənd olub. İlin əvvəli isə manatın dövretmə sürəti 4.36 bənd təşkil edib.
Nigar Məmmədova

Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR