"Azərbaycanda pul qazanıb, əleyhimizə qətnamə qəbul edirlər?" - Milli Məclisin sanksiya təklifi dəstək qazanır

Ermənistanın ən böyük dəstəkçisi olan Fransa adətinə sadiq qalaraq regionla bağlı növbəti qərəzli mövqeyini nümayiş etdirib. Fransa Senatı Azərbaycandan silahlı qüvvələrini "suveren Ermənistan ərazisi"ndən geri çəkməyi və Ermənistanın ərazi bütövlüyünə hörmət etməyi tələb edib.
Rəsmi Parisin Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnaməsi isə Milli Məclisdə etirazla qarşılanıb və ölkəmizin Fransa ilə iqtisadi əlaqələrinin kəsilməsi təklif olunub.
Mövzu ilə bağlı KONKRET.az-a danışan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da təkliflə razı olduğunu bildirib:
"Makron hakimiyyətə gəldikdən sonra Fransa Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür, bütün münasibətlərə kölgə salaraq vəziyyəti daha da gərginləşdirir. Fransa Senatı qısa müddətdə artıq ikinci dəfədir Azərbaycan əleyhinə qətnamə qəbul edir. Bu isə tələb edir ki, biz də adekvat addımlar ataq. Odur ki, Azərbaycan parlamenti də oxşar sənəd qəbul etməli, Fransa ilə bağlı siyasi, iqtisadi münasibətlərinə yenidən baxmalıdır".
Ekspert Fransanın Azərbaycanda fəaliyyət göstərən TOTAL şirkəti ilə də bağlı fikir bildirib:
"Bu, Fransanın ən böyük şirkətlərindən biridir və Abşeron yatağında qaz və qaz resurslarında paya malikdir. Deməli, buradan gəlir əldə edilir və bu, Fransa büdcəsinə də gedir. Azərbaycandakı fəaliyyəti ilə büdcəsinə gəlir əlavə edən bir dövlətin Azərbaycan əleyhinə qətnamə qəbul etməsi isə  ziddiyyətli və anlaşılmazdır. Biz Fransasız yaşaya bilərik. Amma Fransa Azərbaycanla münasibətləri korlamaqla Cənubi Qafqazdakı varlığını itirir. Çünki Azərbaycanla münasibətləri gərgin olan heç bir ölkə Cənubi Qafqazda möhkəmlənə bilməz. Ermənistan üzərindən bölgədə möhkəmlənmək isə mümkün deyil".
Mövzunu şərh edən digər siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Azərbaycanın Fransaya dəfələrlə uzatdığı dost əlinin heç bir nəticəsi olmayıb:
"Fransanın bu addımlarına qarşı adekvat tədbirlərin həyata keçirilməsi zəruridir. Bu tədbirlər iki müstəvidə qiymətləndirilə bilər. Birincisi siyasi müstəvidir. Fikrimcə, siyasi müstəvidə Azərbaycan Fransaya lazımi cavabı verib. Fransanın vasitəçiliyindən imtina etmək onun Cənubi Qafqazdakı siyasi proseslərdə iştirakının qarşısını alıb. Bu, təkcə bizim regionda yox, həm də Avropanın özündə – Qərb platformasında Fransanın vasitəçilik missiyasına vurulmuş zərbədir.
Digər bir addım isə Fransanın Afrikadakı müstəmləkəçiliyinə qarşı Bakının lokomotiv rolunu oynaması, oradakı müstəmləkə ölkələrinə bir növ ümid yeri olmasıdır. Fransanın Afrika qitəsində uzun illər apardığı neokolonizm siyasəti artıq dalana dirənib və Afrika xalqları üçün rəsmi Bakı xilas yoluna çevrilib".
Politoloq məsələnin iqtisadi aspektinə də toxunub:
"Fransa üçün ən böyük zərərlərdən biri enerji sektorunda öz şirkətlərinin iştirakçılığının Azərbaycanda sıradan çıxarılmasıdır. Bu halda təkcə Fransanın mövqeyi zəifləməyəcək, həm də daxili müstəvidə fransız şirkətlərinin etirazı başlaya bilər. Çünki bu enerji şirkətləri tarixi böyük, siyasi müstəvidə isə təsir imkanlarına sahib olan müəssisələrdir. Azərbaycan Fransa şirkətlərinə qarşı sanksiya tətbiq edəcəyi təqdirdə, o şirkətlər təbii ki, Makron hakimiyyətinə qarşı çıxmağa başlayacaq".
Ayan,
KONKRET.az

Siyasi       Tarix: 18 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən canlı cəbhədən ən son xəbər xəbər xeber