Azərbaycanda qadın yaşadığı evdə qonşusu ilə ərinə xəyanət etdi - Qaynanası gələndə isə

Azərbaycanda qadın yaşadığı evdə qonşusu ilə ərinə xəyanət etdi - Qaynanası gələndə isəŞəmkir rayonunda 1996-cı il təvəllüdlü Samir Səmədov Dəllər-Cırdaxan kəndində yaşayan tanışı Sahibəni (ad və soyadlar şərti verilib - red.) şantaj edib.
Azxeber.com teleqraf.com-a istinadən xəbər verir ki, hadisə 26 iyun 2020-ci ildə baş verib.
Samir istifadəsində olan mobil telefonla Sahibəyə zəng vurub, ondan 300 manat və ya həmin məbləğdə qızıl-zinət əşyası istəyib. Sahibə etiraz edib və Samirin bu istəyini həyata keçirməyib.
Buna görə Samir iyulun 20-də, gecə saat 01-02 radələrində Sahibənin yaşadığı Dəllər-Cırdaxan kəndində yerləşən evinə pəncərədən daxil olub və yataq otağında onun saçını yolub.
Qadının evinə basqın və şantaj
Daha sonra Samir Sahibəyə yumruq zərbələri ilə sifət nahiyəsinə bir neçə dəfə vurub. Ondan 300 manat pulu həmin gün saat 11.00-dək çatdırmağı tələb edib. Əks halda aralarında olmuş intim münasibətləri barədə rüsvayedici məlumatları əri Sahibə və yaxın qohumlarına yayacağı ilə hədələyib.
Samirin barəsində Cinayət Məcəlləsinin 182.2.3-cü (zor tətbiq etməklə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
"Cinsi əlaqədə olmağı təklif etdim"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, təxminən 2017-ci ilin avqustunda qonşuluğunda yaşayan Sahibəyə tanışlıq təklif edib və sonuncu təklifə etiraz etməyib: "Həmin ərəfədə Sahibənin mobil telefonu olmadığına görə əlaqə saxlamaq üçün məndən mobil telefon istədi. Ona "Nokia" markalı mobil telefon və nömrə aldım.
Sahibə ilə tanış olduqdan sonra ona cinsi əlaqədə olmağı təklif etdim və cinsi əlaqədə olduq. Həmin vaxt maddi çətinliklərim olduğuna görə Sahibəyə yalandan dostuma məxsus 800 manat pul itirdiyimi, həmin pulu qaytarmalı olduğumu bildirdim, ondan borc pul istədim. Sahibə pulu olmadığını, lakin qızıl-zinət əşyalarından verə biləcəyini dedi.
Sahibə mənə 1 qızıl boyunbağı, 1 qızıl bilərzik verdi. Mən də həmin qızıl-zinət əşyalarını Gəncə şəhərində "Univermaq" adlanan ticarət mərkəzində xatırlamadığım dükanda 800 manata satdım, pulu da öz ehtiyaclarım üçün xərclədim. Təxminən 1 ay sonra Sahibə məndən qızılları istədi. Mən də pulumun olmadığını, olanda qızıllarını qaytaracağımı dedim".
"Razılığı ilə cinsi əlaqədə oldum"
Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2020-ci il mayın ikinci on günlüyündə Sahibə istifadə etdiyi mobil nömrəsindən ona mesaj yazıb: "Hal-əhvalımı soruşdu. Təkrar ona zəng etdim, lakin cavab vermədi. Bundan sonra Sahibə mesaj yazdı, telefonunun qulaqcığının işləmədiyini, danışmaq üçün mobil telefon almağımı xahiş etdi. Mən də Dürdanə adlı tanışımdan telefon аlaraq ona verdim.
Həmin gün Sahibə ilə telefonla danışanda cinsi əlaqədə olmaq istədiyimi dedim. Sahibə razılaşdığından yaşadığı evin həyətinə getdim. Evin qonaq otağında iki dəfə Sahibə ilə təbii yolla cinsi əlaqədə oldum".
"Videonu sildirməyimi xahiş etdi"
Samir qeyd edib ki, 26 may 2020-ci ildə Sahibə ilə telefonla danışarkən yenə də cinsi əlaqədə olmaq istədiyini bildirib: "Sahibə isə 2 gündən sonra azyaşlı oğluna ad günü keçirəcəklərini və qonaqları olacağını bildirdi. Mən həmin gün gecə saatlarında Sahibənin yaşadığı evə getdim.
Evin qonaq və yataq otaqlarında bir dəfə cinsi əlaqədə olduq. Bir neçə gün Sahibə ilə mobil telefonla əlaqə saxladım. Sonra Sahibə mənə Səlim adlı şəxsdə ona aid video olduğunu və həmin videonu sildirməyimi xahiş etdi. Mən də bir neçə gündən sonra Sahibəni aldadaraq, Səlim adlı şəxsi tapdığımı və həmin videonu sildirmək üçün 600 manat pul istədiyini, pulun 300 manatını mənim verəcəyimi, qalan 300 manatın isə onun verməsini istədim. Sahibə pulu olmadığını, qızıl verə biləcəyini dedi".
"Sahibənin yataq otağına girdim"
Samirin sözlərinə görə, bundan sonra Sahibə ona axşam gəlməyi tapşırıb: "Bu məqsədlə iyulun 20-də gecə saat 02 radələrində Sahibənin yaşadığı evin qarşısına gəldim. Daş hasardan evin həyətinə daxil oldum. Pəncərədən Sahibənin yataq otağına girdim.
Sahibə çarpayısında, qızlarından biri yanında, digəri isə otaqda olan digər çarpayıda yatmışdı. Sahibənin qoluna toxunaraq onu oyatdım. Oyanıb çarpayıda oturdu, atasının səhər gələcəyini, pul verəcəyini, ona görə də sabah saat 11-də gəlməyimi istədi. Mən də getdim.
Səhəri gün isə Şəmkir rayon polis şöbəsinin əməkdaşları məni yaşadığım kənddə saxladılar, polis şöbəsinə dəvət etdilər".
"Məni tanış olmağa məcbur etdi"
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sahibənin sözlərinə görə, təxminən 3 il əvvəl Samir yaxınlaşıb, ondan xoşu gəldiyini bildirib:
"Bu hərəkətləri ilə Samir məni onunla tanış olmağa məcbur etdi. 2017-ci il avqustun əvvəllərində əlaqə saxlamaq məqsədilə Samir mənə "Nokia" markalı mobil telefon və nömrə verdi. Tanışlqıdan təxminən 15 gün sonra, yəni avqustun sonlarında mobil telefonla danışanda mənə dostuna məxsus 800 manatı itirdiyini, həmin pulu bir neçə gün ərzində qaytarmalı olduğunu, ona 800 manat pul, yoxdursa qızıllarımdan verməyimi, onu girov qoyaraq borc pul götürməsini, borcunu qaytardıqdan sonra qızılı girovdan çıxaracağını dedi.
Samirə inanаrаq qısa müddət ərzində qaytarmaq şərti ilə ona qızıl verə biləcəyimi dedim. Samir də razılaşdı".
"Qızılları itirdiyimi dedim"
Zərərçəkmişin sözlərinə görə, 2017-ci ilin avqustun sonlarında dəqiq tarixi xatırlamadığı gündə Samirə özünə məxsus 17 qramlıq 583 əyyarlı qızıl qolbağını və 583 əyyarlı 20 qramlıq toxuma formalı qızıl boyunbağını verib: "Bir neçə gün sonra qızılları geri istədim. Əvvəlcə Samir qızılları qaytaracağını bildirsə də, sonra bundan imtina elədi.
Daha sonra aldığı telefonu geri istədi. Mən də qaytardım. Təxminən 2 il ərzində Samirlə danışmadım. Ailə üzvlərimə isə həmin qızılları itirdiyimi dedim".
"Münasibətimizi ərimə deyəcəyini yazdı"
Sahibə qeyd edib ki, təxminən 2019-cu ilin fevralında Samir küçədə ona yaxınlaşaraq peşman olduğunu, onunla yenidən əlaqə qurmaq istədiyini, borcunun bir hissəsini ödəyib, qızıllarını qısa müddətə qaytaracağını deyib:
"Samirə inanaraq qızılları qaytarması üçün yenidən onunla danışdım. Mobil telefon işlətmədiyim üçün Samirlə küçədə görüşəndə, mağazaya gedəndə və digər təsadüfü hallarda rastlaşanda danışmışam. Ərim telefona tez-tez nəzarət etdiyindən Samirə əl çəkməsini, bir daha zəng vurmaması üçün SMS yazmışam.
Samir isə telefona cavab verməyəcəyim halda onunla aramızda olan münasibətimizi ərimə deyəcəyini yazdı. Səhəri gün Samir mənimlə rahat danışmaq üçün mobil telefon gətirdi".
"Qaynanamın gəldiyini deyərək qaçdı"
Sahibənin sözlərinə görə, Samir həmin gün də gecə gələcəyini, cinsi əlaqədə olacağını deyib: "Ərim fermada olduğundan razılaşdım. Təxminən gecə saat 01 radələrində Samirlə danışdım, onu yaşadığım evin qonaq otağına çağırdım. Yataq otağında cinsi əlaqədə olduq. Bundan 2 gün sonra yenidən evin qonaq otağında onunla görüşdüm.
Həmin vaxt Samir qaynanamın gəldiyini deyərək qaçdı. Pəncərədən Samirin Səlimlə danışdığını və Səlimin ona irad bildirdiyini gördüm.
Səhəri gün Samir Səlimin onları videoya çəkdiyini, videonu silmək üçün 3 quzu, 300 manat pul istədiyini, 3 quzunu özünün verəcəyini, mənim də 300 manat pul verməli olduğumu dedi. Əvvəlcə razılaşdım. Lakin sonradan pulu verə bilməyəcəyimi dedim. Samir 300 manat borc verməyimi, qızılları da, pulu da qaytaracağını dedi.
Mən pulumun olmadığını, qızılımın olduğunu dedim. Samir 300 manatlıq qızıl istədi. Bundan sonra Samirlə əlaqəni kəsmək üçün telefonu tulladım, nömrəni də qırdım".
"Qızılların ərimdə olduğunu dedim"
Sahibə bildirib ki, iyulun 20-ə keçən gecə saat 2 radələrində azyaşlı qızları ilə birlikdə yaşadığı evin yataq otağında yatan zaman kiminsə qoluna vurduğunu hiss edib:
"Otaq qaranlıq olduğundan heç kimi görmədim. Ərimin gəldiyini düşündüm. Həmin vaxt Samir qarşıma keçdi, saçımdan tutdu, niyə onu aldadaraq qızılları vermədiyimi soruşdu. Samirə yalandan onu aldatmadığımı, qızılların ərimdə olduğunu dedim. Samir "mənə dəxli yoxdur, qızılların kimdədir, mənə 300 manat pul ver, yoxsa səni aramızda olan intim münasibətlərimizi yaymaqla qohumların, ərinin yanında biabr edəcəm"- dedi. Ona nə vaxta pul lazım olduğunu soruşdum. Həmçinin hədəsindən qorxdum. Pul taparaq verib, canımı qurtarmaq istədim".
"And içdim ki, sabaha qədər..."
Sahibənin sözlərinə görə, Samir ona sabah saat 11 radələrinədək 300 manat pulu gətirməyi, gətirməsə onu biabr edəcəyini və tutsa öldürəcəyini deyib:
"Samir eyni zamanda saçlarımı da yoldu. Qışqıraraq saçımı buraxmağını tələb etdim. Bu zaman o, yumruqla çənəmdən vurdu, qışqırmamağımı istədim. Səsə qızım yuxudan oyandı və həmin şəxsin kim olduğunu soruşdu. Mən də Samirin pul, qızıl istədiyini dedim.
Samir uşağımın yanında da məndən qızıl və pul istədi. Qızımın qorxmaması üçün yenidən Samirə pulu verəcəyimi dedim. Lakin Samir uşağının çarpayısında uzandı, tez qızılı, pulu verməyimi, məni gözlədiyini, onu bir dəfə aldatdığıma görə inanmadığını söylədi.
Samiri inandırmaq üçün and içdim, sabaha pulu çatdıracağımı bildirdim. Samir balkona getdi, geri qayıdanda sabah saat 11-dək gözləyəcəyini, 300 manatı verməsəm, harada tutsa, məni öldürəcəyini bildirdi və pəncərədən getdi".
Sahibənin sözlərinə görə, həmin gün saat 9 radələrində bu barədə qaynanasına deyib və saat 11 radələrində dəfələrlə Samiri evin ətrafında görüb: "Bundan sonra Şəmkir rayon polis şöbəsinə şikayət ərizəsi yazdım".
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir 6 il müddətinə azadlıqdan məhrum edilib.

Sosial       Tarix: 17 sentyabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən ən son xəbər son.xabar valyuta məzənnələri cəbhədən son xəbərlər