Azərbaycanda qanunsuz ağackəsmə ilə bağlı cinayət işləri açıldı
Azərbaycanda qanunsuz ağackəsmə ilə bağlı cinayət işləri açılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Sabirabad, İmişli, Ağcabədi, Bərdə və Ağdam rayonlarının ərazilərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış araşdırma nəticəsində 6 cinayət işi başlanılıb.
Belə ki, araşdırmalarla dövlət mülkiyyətində, eləcə də xüsusilə qorunan ərazilərdə, həmçinin bələdiyyələrin mülkiyyətində olan ərazilərdə, habelə meşə fonduna aid olan ağacların qanunsuz kəsilməsi faktları öz təsdiqini tapıb.
Qanunsuz ağackəsmə hallarının aidiyyəti vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində baş verməsi müəyyən edildiyindən, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1, 259.2.4 (qanunsuz ağac kəsmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün rayon və şəhər prokurorluqlarına, eləcə də daxili işlər orqanlarının istintaq bölmələrinə göndərilib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var